Şəki şəhərində "Slou Fud" beynəlxalq təşkilatının “Terra Madre” qida festivalının yerli versiyası təşkil ediləcək. SİA xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
Məlumata görə, tədbirin 5 min nəfəri əhatə edən 3 kv.metrlik arealda keçirilməsi planlaşdırılır.
Festival zamanı Bakıdan, həmçinin Şamaxı, İsmayıllı, Lənkəran, Qəbələ və Qax rayonlarından, Şərqi Zəngəzur iqtisadi rayonundan qonaqların Şəkiyə gətirilməsi və tədbir bitdikdən sonra geri qaytarılması həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə