"Mançester Yunayted" sərvət təklif etdi

İtalyan jurnalist Alfredo Pedulla "Fənərbağça"nın bu mövsümün əvvəlində "Napoli"yə satdığı Kim Min Jae üçün dəhşətli iddia irəli sürüb. SİA xəbər verir ki, "La Gazzetta dello Sport" qəzetində çalışan Pedulla Kim haqqında aşağıdakı ifadələrdən istifadə edib: "İngiltərənin "Mançester Yunayted" komandası Kimin "Napoli"dəki çıxışından heyran qaldı. O, növbəti yay transfer pəncərəsində İtaliya komandasının qapısını döyəcək. "Mançester Yunayted" Kimin 50 milyon avroluq sərbəst qalma müddəasını ödəməyə hazırdır. "Napoli" Kimin komandada 1 il daha qalmasını istəyir. O, futbolçu ilə məsələni müzakirə edəcək. Ancaq Kim qalmağa razı olmasa, cəmi 12 ayda ödədiyi pulun təxminən 3 qatını qazanmış olacaq".

Qeyd edək ki, 25 yaşlı futbolçunun "Napoli" ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Kim bu mövsüm İtaliya yığmasında 8 matçda meydana çıxıb. 720 dəqiqə meydanda qalan uğurlu müdafiəçi 2 qol vuraraq hesaba töhfə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə