ACF ölkədə cüdo idman növünün inkişafı üçün HANSI İŞLƏR GÖRÜR? - FEDERASİYA RƏSMİSİ AÇIQLADI
"Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında idmançılarımız uğurlu nəticə göstərib. Gənc cüdoçularımız fərdi yarışlarda 3 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Komanda yarışlarında isə çempionatın bürünc medalını qazanıblar. Bununla da Azərbaycan komandası gənclər arasında Avropa çempionatında qarışıq komanda yarışında ilk dəfə medal qazanıb". Bu fikirləri SİA-ya açıqamasında Azərbaycan Cüdo Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülkər Abbasova bildirib.

Azərbaycan yığması ilin əvvəlindən etibarən qatıldığı bütün komanda yarışlardan medalla geri dönüb. İdmançılarımız yeniyetmələrin Avropa çempionatında bürünc medal, EYOF 2022-də qızıl medal, yeniyetmələrin Dünya çempionatında gümüş medal, V İslam Həmrəyliyi Oyunlarında kişilər arasında qızıl medal, qadınlar arasında bürünc medal və gənclərin Avropa çempionatında bürünc medal qazanıb.
Federasiyanın əsas məqsədi yeniyetmələrimizin və gənclərimizin gələcəkdə təcrübəli, peşəkar idmançı kimi yetişməsi və onların beynəlxalq yarışlarda uğurla təmsil olunmasıdır. Bütün bunların təməlində idmançılarımızın mütamadi olaraq beynəlxalq təlim-məşq toplanışlarında və yarışlarda iştirak etmələri durur. Belə ki, gənc idmançılar yarışlar vasitəsi ilə təcrübələrini zənginləşdirir, beynəlxalq idman mexanizmləri ilə yaxından tanış olur, güclü və zəif tərəflərini kəşf edirlər. Çoxsaylı və davamlı idman nailiyyətləri məhz bu təcrübələrin mənimsənilməsi vasitəsilə əldə edilir.
Eyni zamanda, Azərbaycan Cüdo Federasiya ölkədə cüdo idman növünün inkişafı üçün bir sıra tədbirlər görür. Bu işlər əsas cüdo idman zallarının bərpası, təmiri , yeni zalların tikintisi, ölkə daxili keçirilən turnirlərin sayının artırılması, regionlarda tədbirlərin keçirilməsi ilə bağlıdır. Bununla da yeniyetmələrin və gənclərin daha çox idmanla məşğul olması təmin ediləcək. Həmçini, bu addımlar sağlam həyat tərzinin formalaşmasında, cüdonun təbliğatında mühüm rol oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB