A Seriyasında mövsüm yekunlaşdı

Futbol üzrə İtaliya A Seriyasında sonuncu – 38-ci turun oyunları keçirilib.

SİA Matç.az-a istinadən xəbər verir ki, çempionluq mübarizəsinin son tura kimi davam etdiyi A Seriyasında mövsümün ən güclüsünün adına da bu gün aydınlıq gəlib. Lider “Milan” səfərdə “Sassuolo” ilə üz-üzə gəlib. 3 cavabsız qolla qalib gələn milanlılar İtaliya çempionu olublar.

“Milan”ın büdrəməsinə ümid edən “İnter” isə evdə “Sampdoriya”nı 3 xavabsız qolla yensə də, ikinci yerlə kifayətlənib. “Napoli” də son turda darmadağına sevinib və mövsümü üçüncü pillədə başa vurub.

Beləliklə, çempion “Milan” və əsas izləyicisi “İnter”lə yanaşı, 3 və 4-cü yerləri tutan “Napoli” ilə “Yuventus” da İtaliyanı UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıblar. 5 və 6-cı yerləri tutan paytaxt təmsilçiləri – “Latsio” ilə “Roma” Avropa Liqasında mübarizə aparacaq. 7-ci olan “Fiorentina”nı isə Avropa Konfrans Liqasında mübarizə gözləyir. “Kalyari” (30 xalla 18-ci), “Cenoa” (28 xalla 19-cu) və “Venesiya” (27 xalla 20-ci) isə A Seriyasını tərk edib.

İtaliya A Seriyası
38-ci tur

20 may

Torino – Roma 0:3
Qol: T.Abraham, 33; 42-pen. Pelleqrini, 78-pen.

21 may

Cenoa – Bolonya 0:1
Qol: Barrou, 66.

Atalanta – Empoli 0:1
Qol: Ştulaç, 79.

Latsio – Verona 3:3
Qol: Kabral, 16. Anderson, 29. Pedro, 62 – Simeone, 6. Lasanya, 14. Honqla, 76.

Fiorentina – Yuventus 2:0
Qol: Dunkan, 45+1. N.Qonzales, 90+2-pen.

22 may

Spetsiya – Napoli 0:3
Qol: Politano, 4. Zelinski, 25. Demme, 36.

İnter – Sampdoriya 3:0
Qol: Perişiç, 49. Korrea, 55; 57.

Sassuolo – Milan 0:3
Qol: Jiru, 17; 32. Kessye, 36.

Venesiya – Kalyari 0:0

Salernitana – Udineze 0:4
Qol: Deulofeu, 6. Nesterovski, 34. Udoqie, 42. R.Pereyra, 57.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...