Levandovski "Çelsi"nin maraq dairəsində

"Bavariya"nın hücumçusu Robert Levandovski "Çelsi"nin maraq dairəsinə düşüb.

SİA Qol.az-a istinadən xəbər verir ki, London klubu 33 yaşlı futbolçu ilə bağlı vəziyyəti izləyir. "Çelsi"nin bu transferə görə "Barselona" ilə mübarizə apara biləcəyi vurğulanıb.

Levandovski "Bavariya" ilə müqaviləni yeniləməmək qərarına gəlib. Polşalı futbolçunun Almaniya klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin iyunu başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə