"Sabah" - "Mladost" oyunu heç-heçə yekunlaşıb

Antalyada təlim-məşq toplanışında olan Bakının "Sabah" klubu sonuncu yoxlama oyununu keçirib.

SİA xəbər verir ki, Bakı təmsilçisi Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib. Razılığa əsasən, qarşılaşma 3 hissədən ibarət olub. İlk iki hissənin hərəsi 45 dəqiqə, sonuncu isə 30 dəqiqə davam edib.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bakı klubunun heyətində Coy-Lens Mikelis fərqlənib.

Qeyd edək ki, "Sabah" Antalya toplanışındakı əvvəl iki görüşdə Macarıstanın "Pakş" və Ukraynanın "Zarya" komandaları ilə də 1:1 hesablı heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə