“Real”la oyunun nəticəsindən qorxmuram

“Barselona”nın baş məşqçisi Ronald Kuman İspaniya çempionatının IX turunun “Real”a qarşı keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.

“Bu, vacib oyundur, amma nəticə üçün qorxum yoxdur. Biz matça yaxşı formada yaxınlaşırıq və rəqibimizə döyüş verəcəyik. Bu bizim üçün ev oyunudur və təbii ki, bizi azarkeşlər dəstəkləyəcək”, - deyə Kuman bildirib.

Xatırladaq ki, "Real" 17 xalla İspaniya çempionatının turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 15 xalı olan “Barselona” isə yeddinci pillədədir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə