"Beşiktaş" və "Mançester Yunayted"in futbolçusu millimizə qarşı oynamayacaq

Azərbaycan yığmasının 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç komandada bəzi dəyişikliklər etməyi nəzərdən keçirir. SİA Serbiya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis beş futbolçunu komandadan kənarlaşdırmağı planlaşdırır.

Bunlar İtaliya "İnter"ində çıxış edən Aleksandar Kolarov, İngiltərə "Kristal Pelas"ından Luka Milivoyeviç, Türkiyə "Beşiktaş"ından Adem Lyayiç, İtaliya "Napoli"sindən Nikola Maksimoviç və İngiltərə "Mançester Yunayted"indən Nemanya Matiçdir.

Stoykoviçin bəzi islahatlar etmək üçün bu addımı atacağı iddia edilir.

Qeyd edək ki, Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Belqradda İrlandiya və martın 27-də Portuqaliya, martın 30-da isə Bakıda Azərbaycanla üz-üzə gələcək. Baş məşqçi Draqan Stoykoviç yığmann heyətini martın 5-də açıqlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...