Maradona ölümündən bir həftə əvvəl başından xəsarət alıb

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona ölümündən bir müddət əvvəl başından xəsarət alıb. SİA xəbər verir ki, bu barədə onun keçmiş həyat yoldaşı Verenika Oxedanın sevgilisi Mario Bodri "Marca"ya açıqlamasında bildirib.

O deyib ki, keçmiş yarımmüdafiəçi ölümündən bir həftə əvvəl yataqdan yıxılıb və başının sağ hissəsi divara dəyib. Bodri bununla bağlı həkimə müraciət edilməyini də vurğulayıb.

Sevgilisi Veronikaynın Maradonanı görməyə gedərkən, həkimlə rastlaşmadığını söyləyib: "Dieqonun otağında normal vanna otağı da olmayıb. Kempinqdəki kimi kimyəvi tualetləri olub. Otaq isə kiçik imiş, Maradonaya uyğun deyilmiş".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...