"QARABAĞ"dan Avropaya zəfər yürüşü

"Qarabağ" Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.

SİA xəbər verir ki, Ağdam klubu səfərdə Polşa "Legiya"sı ilə qarşılaşıb. Varşavanın "Voyska Polskoqo" stadionunda keçirilən görüş "Qarabağ"ın böyük hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə "Qarabağ"ımız Avroliqanın qrup mərhələsinə yüksəlib.

Həmçinin, bu qələbə ilə "Qarabağ"ımız şanlı AZƏRBAYCAN ORDUSUnun torpaqlarımızın azadlığı uğrunda apardığı zəfər yürüşünə öz töhfəsini də əlavə edib.

Bu xalqa, bu millətə, bu torpağa ancaq qələbə yaraşır.

İrəli "QARABAĞ"a, irəli AZƏRBAYCAN əsgəri.

Tanrı köməyi ilə QƏLƏBƏlər irəlidədir!

1 oktyabr

22.00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 0:3 (İkinci hissə)
Qollar: Patrik Andrade, 50, Abdullah Zubir, 62, Filip Ozobiç, 69
Baş hakim: Tobias Ştiler (Almaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə