"Sabah" "Qəbələ"yə yoxlama oyununda qalib gəlib

"Sabah" "Qəbələ"yə yoxlama oyununda qalib gəlib

Bu gün Premyer Liqa təmsilçiləri "Sabah" və "Qəbələ" yoxlama oyunu keçiriblər.

SİA xəbər verir ki, "Əlincə Arena"da oynanılan matçda Bakı təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Abbas Ağazadə və Məhəmməd Mirzəbəyov vurub.

Qeyd edək ki, "Sabah" bundan əvvəl Qəbələdə təlim-məşq toplanışı çərçivəsində "Qarabağ"ı (2:1), "Sumqayıt"ı (1:0), "Neftçi"ni (5:2) məğlub edib, "Qəbələ" isə "Zirə" ilə heç-heçə (0:0) edib, "Səbail"ə uduzub (1:2), "Sumqayıt"a qalib (2:1) gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə