U-17 yığmamız maltalı həmyaşıdları ilə qarşılaşacaq

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün UEFA İnkişaf turnirində sonuncu oyununu keçirəcək.

SİA-nın məlumatına görə, millimiz Maltanın Ta’Qali şəhərindəki Centenary stadionunda yerli komanda ilə üz-üzə gələcək.

Futbolçularımız ilk oyunda Cəbəllütariq yığmasına 2:0 hesab ilə qalib gəliblər. Şotlandiya yığması ilə qarşılaşan millimiz böyük hesabla məğlub olub – 0:7.

Bütün xəbərlər Facebook səhifəmizdə