Fransa Liqa1-də XXI tura yekun vurulub

Fransa Liqa1-də XXI tura 3 maraqlı oyunla yekun vurulub. SİA-nın məlumatına görə, çempionlar Liqasına vəsiqə qazanmağı hədəfləyən "Lion" autsayder "Tuluza"ya heç bir şans verməyib. Rudi Qarsiyanın yetirmələri 3 xalı 3 cavabsız qolla əldə ediblər.

"Bordo" çempionatın sürpriz komandalarından olan "Nant"ı səfərdə son dəqiqələrdə vurduğu top sayəsində məğlubiyyətə uğradıb.

Turun mərkəzi oyununda "Lill" lider PSJ-ni qəbul edib. "Marsel"in büdrəməsi Paris təmsilçisinə mövqeyini bir qədər də möhkəmlətmək şansı yaradıb. Bundan məharətlə yararlanan PSJ Neymarın dublu sayəsində qələbə qazanıb.

Fransa Liqa1-i
XXI tur
26 yanvar
"Lion" - "Tuluza" - 3:0
Korne, 29; Dembele, 71; Ekambi, 77
"Nant" - "Bordo" - 0:1
Briand, 86
"Lill" - PSJ - 0:2
Neymar, 28, 52 (pen.)

Bütün xəbərlər Facebook səhifəmizdə