Məhkəmədən Ronaldo qərarı: Günahsızdır!

"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun model Ketrin Mayorqaya təcavüz etməsi ilə məhkəmə qərar verib. ABŞ-ın Las Veqas şəhəri məhkəməsi portuqaliyalı hücumçunu heç bir məsuliyyətə cəlb etməyib.

Bildirilib ki, polis istintaqının hesabatı nəzərdən keçirilib və təcavüzlə bağlı sübutların olmadığı aşkarlanıb. Qeyd edək ki, Ronaldonun 2009-cu ildə Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar yayılmışdı. Ancaq 34 yaşlı oyunçu bu iddiaları təkzib etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə