“Monako” ilə oyunöncəsi PSJ-də ciddi itki

Avqustun 4-də Fransa Superkuboku uğrunda oyunda “Monako” ilə qarşılaşacaq PSJ görüşə ciddi itkilərlə çıxacaq. “L`Equipe” nəşri yazır ki, Paris klubunun hücumçusu Edinson Kavaninin matçı buraxacağı dəqiqləşib. DÇ-2018-in 1/8 final mərhələsinin Portuqaliya ilə matçında (2:1) zədələnən uruqvaylı forvard hələ də sağalmayıb. Kavani yaxın günlərdə Fransaya yollanacaq və müalicəsini orada davam etdirəcək.

Komandanın digər aparıcı hücumçusu Neymarın isə “Monako” ilə matçda meydana çıxıb-çıxmayacağı sual altındadır. Markinyoş və Tyaqo Silva isə vacib oyunda komandalarına kömək edə biləcəklər. Qeyd edək ki, Fransa çempionu PSJ ilə ölkə kubokubun sahibi “Monako” arasında Superkubok oyunu avqustun 4-də Çində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə