Futbol üzrə Uels millisinin hücumçusu Qaret Beyl komandasının yoldaşlıq görüşündə Çin yığmasını 6:0 hesabı ilə məğlubiyyətə uğratdıqları oyunda “het-trik” edərək ölkəsinin futbol tarixində yeni rekord müəyyənləşdirib. SİA-nın məlumatına görə, hücumçu matçın 2-ci, 21-ci və 62-ci dəqiqələrində fərqlənərək milli komandanın heyətində vurduğu qolların sayını 29-a çatdırıb. O, bununla da əvvəlki rekordun sahibi Yan Raşın göstəricisini geridə qoyub.
Qeyd edək ki, Qaret Beyl Uels millisinin heyətində 69 oyunda meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB