Kavani ÇL-də ardıcıl yeddi oyundur qol vurur

PSJ futbol klubunun hücumçusu Edinson Kavani UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Anderlext”lə oyunda fərqlənib. SİA-nın məlumatına görə, 30 yaşlı uruqvaylı futbolçu ardıcıl 7 oyundur Çempionlar Liqasında qol vurur. Qollardan 3-ü cari mövsümün, digər 4-ü isə ötən mövsümün oyunlarına təsadüf edib.

Bu göstərici ilə Kavani Rud van Nistelroy və Kriştanu Ronaldudan sonra üçüncü futbolçu olub.

Qeyd edək ki, “Anderlext” ilə oyun PSJ-nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...