Ferstappen Həmiltona niyə çata bilməyib? - AÇIQLAMA

Formula-1 yarışlarında mübarizə aparan “Red Bull” komandasının rəhbəri Kristian Horner Maks Ferstappenin Yaponiya Qran Prisində Lyuis Həmiltonu keçə bilməməsinin səbəbini açıqlayıb. SİA-nın məlumatına görə, o, əsas səbəbin sol ön təkərin aşınması olduğunu bildirib.

Qeyd edək ki, M.Ferstappen yarışın ikinci hissəsində “Mercedes”in pilotuna yaxınlaşıb, son turlarda isə təzyiqi daha da artırıb. Ancaq buna baxmayaraq “Red Bull”un pilotu yarışı 1.2 saniya geridə, ikinci sırada tamamlayıb.

“Sol ön təkərin iç tərəfindən qabarcıq əmələ gəldi. 35 və 36-cı turlardan sonra həmin qabarcıq daha da genişlənirdi. Buna görə, Maksa çirkli havada qalmamasını və təkərə daha çox ziyan vurmamasını dedik. Bu səbəbdən Həmiltonla fərqi 3 saniyə saxladıq. Periodun sonuna yaxın pilot bizə yaxınlaşmaq istədiyini bildirdi və biz də icazə verdik. O, anidən Lyuisin maşının ötürmələr qutusuna qədər gəldi. Ferstappenin Fernando və Felipenin arasındakı mübarizəyə tuş gəlməsi isə təsadüf oldu”, - deyə K.Horner bildirib.

O, ikinci təkər dəstində də problem çıxacağından şübhələndiyini qeyd edib.

M.Ferstappen isə trasda baş verənlərin ona əngəl olmadığını, ancaq təkərləri qorumaq üçün yavaşlamaq məcburiyyətində qaldığını vurğulayıb: “Həmiltona daha yaxın olmaq istədim, ancaq ön təkərləri itirə bilərdim. Bəlkə ona ehtiyacımız olar deyə, təkərləri qorumağa çalışdım”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...