Bakıda keçiriləcək cüdo üzrə Dünya Kubokuna artıq 8 ölkə qeydiyyatdan keçib

Xəbər verdiyimiz kimi, Bakıda oktyabrın 9-10-da cüdo üzrə qadınlar arasında Dünya Kuboku yarışları keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda iştirak etmək üçün artıq 8 ölkə qeydiyyatdan keçib. Yarışa Kanada, Çin, İzrail, Almaniya, Hollandiya, Polşa, Belarus kimi ölkələrdən idmançılar qatılacaqlar. Hələ ki, qeydiyyat davam edir.
Qeyd edək ki, bu yarışın qalibləri 100 reytinq xalı qazanacaq.
Yarışda Azərbaycanın bütün qadın cüdoçularının iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə