"Araz" iki yoldaşlıq görüşü keçirəcək

Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsinin oyunlarına hazırlıq məqsədilə Azərbaycan çempionu "Araz" iki yoldaşlıq görüşü keçirəcək. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz sentyabrın 13-də saat 17:00-da, sentyabrın 14- də isə saat 16:00-da Gürcüstanın "İberiya Star" komandası ilə qarşılaşacaq. Hər iki oyun Bakı İdman Sarayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə