"Tottenhem" "Stok Siti"ni darmadağın edib

İngiltərə Premyer Liqasında 34-cü tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə bir qarşılaşma baş tutub. "Tottenhem" səfərdə "Stok Siti"nin qonağı olub. Rəqibinə 4:0 hesabı ilə qalib gələn London təmsilçisi lider "Lester Siti" ilə xal fərqini 5-ə endirib.

Qeyd edək ki, "Lester Siti" 73 xalla turnir cədvəlinin 1-ci, "Tottenhem" isə 68 xalla ikinci pilləsində qərarlaşıb. 47 xalı olan "Stok Siti" turnir cədvəlinin 9-cu pilləsində yer alıb.

18 aprel

İngiltərə Premyer Liqası

34-cü tur

"Stok Siti" - "Tottenhem" 0:4
Qollar: Keyn, 9 (0:1), Alli, 67 (0:2), Keyn, 71 (0:3), Alli, 82 (0:4)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...