Avropa çempionatının iştirakçılarının təqdimatı olacaq

Polo üzrə Avropa çempionatı ilə bağlı mətbuat konfransı və iştirakçı komandaların təqdimetmə mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, tədbir sentyabrın 3-ü saat 13:30 da "Bouelvard Hotel"də baş tutacaq. Mətbuat konfransında komandalar və sponsorların təqdimatı keçiriləcək. Təqdimolunma ardıcıllığı aşağıdakı kimi olacaq:

Azərbaycan / Silvestre Garros / EMBAWOOD

Almaniya / Dirk Baumgärtner / GRYPHON RACING

İrlandiya / James d. Kennedy / ELITE HORSE & POLO CLUB

İtaliya / Alessandro Giachetti / GARACAY HOLDING

İspaniya / Luis Benjumea Llorente / JALƏ

İsveçrə / Adrian Laplacette / BOULEVARD HOTEL

Xatırladaq ki, sentyabrın 4-ü Azərbaycan Respublikası Atçılıq Federasiyası, "Elite Horse and Polo Club" və "World Polo"nun birgə təşkilatçılığı ilə, Binə qəsəbəsindəki "Elite Horse & Polo Club"da 1-ci FİP Arena Polo Avropa Çempionatına start veriləcək. Turnir sentyabrın 12-sinə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə