Azərbaycan milli komandasının Dünya Çempionatı - 2014 turnirinin seçmə mərhələsi çərçivəsində Rusiya millisi ilə oyun ərəfəsində keçirəcəyi təlim-məşq toplaşında iştirak edəcək futbolçuların adları məlum olub. Siasport.az saytının məlumatına görə, 28 futbolçunun yer aldığı siyahıda "İnter"in 3 üzvünün də adı var. Bakıda keçiriləcək təlim-məşq toplanışında Vladimir Levin, Nizami Hacıyev və Ruslan Əmircanov da iştirak edəcəklər.

Qeyd edək ki, toplanış oktyabrın 5-dən 13-dək davam edəcək. Rusiya millisi ilə qarşılaşma Moskva şəhərində oktyabrın 16-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə