Azərbaycan komandaları Estoniya klublarına qarşı oynayacaq

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının püşkatma mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, I təsnifat mərhələsində mübarizəyə başlayacaq Azərbaycan təmsilçilərinin rəqibləri müəyyən olunub:

"Bakı" – "Mura" (Sloveniya),

"İnter" - "Trans" (Estoniya),

"Xəzər Lənkəran" – "Nomme Kalyu" (Estoniya).

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 5-də və 12-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə