Böyükağa Hacıyev legionerlərə "qırmızı işıq yandırdı"...

Keçən gün "Bakı" ilə qarşılaşmada "Qızıl dubl" etmək arzusunu reallaşdıra bilməyən "ağ-qaralar"ın düşərgəsində "yarpaq tökümü" başlayıb. Siasport.az saytı xəbər verir ki, "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev artıq Slavço Georgievski və Denis Silvaya "qırmızı işıq yandırıb". Baş məşqçi bildirib ki, hər iki futbolçu artıq komanda üçün yayarsız hala gəliblər: "Onların müqaviləsi başa çatıb. Elə buna görə də kubok qarşılaşmasında bu cür oynadılar". Xatırladaq ki, mövsümün son oyununda hər 2 futbolçu birinci "11-lik"də yer almışdı. Buna baxmayaraq, ilk yarıda ümidləri doğrultmayan Georgievski fasilədə Cavid İmamverdiyevlə əvəz edilib. Buna etiraz olaraq makedoniyalı yarımmüdafiəçi qarşılaşmanın ikinci hissəsini ehtiyat oyunçular skamyasından deyil, tribunadan izləyib. Yarışın 82-ci dəqiqəsində qırmızı vərəqə alan Denis isə oyunun başa çatmasını gözləmədən həyat yoldaşı ilə birgə stadionu tərk edib.Böyükağa Hacıyev bu futbolçuların komandaya lazım olmadıqlarını bildikləri üçün bu addımı atdıqlarını bildirib . "Onlar komandada qalmayacaqlar" deyə ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə