Qadın qılıncoynadanlarımız Dünya Kubokuna qatılacaqlar

Ölkəmizin qadınlardan ibarət qılıncoynatma üzrə yığma komandası mayın 19-20-də Çinin Tyancin şəhərində keçiriləcək Dünya Kuboku yarışlarında iştirak etmək üçün Çinə yola düşüb.
Siasport.az saytı xəbər verir ki, Dünya Kuboku yarışlarında ölkəmizi Səbinə Mikina, Aida Ələsgərova, Sevil və Sevinc Bünyatovalar təmsil edəcəklər. Onlar hamısı "Neftçi" idman-sağlamlıq mərkəzinin nümayəndələridir.

Bütün xəbərlər Facebook səhifəmizdə