Devid Bekhemin oğlu Romeo Bekhem futbolçu karyerasını bitirmək qərarına gəlib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
22 yaşlı Romeo çıxış etdiyi “Brentford”un B komandasından ayrılıb. Klub ona yeni müqavilə təklif etsə də, o bundan imtina edib.
Romeonun özünü model kimi sınamaq istədiyi deyilir. “The Sun” nəşrinin məlumatına görə, o, Parisin aparıcı model agentliklərindən biri ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Romeo London Arsenal Akademiyasında təhsil alıb. Daha sonra futboldan uzaqlaşaraq tennislə məşğul olub. Bir müddətlik fasilədən sonra “İnter Mayami”də futbol karyerasına geri qayıdıb. 2023-cü ilin yanvarında “Brentford”a keçib.
Xatırladaq ki, Devid və Viktoriya Bekhem cütlüyünün Bruklin, Romeo və Kruz adlı oğulları, Harper adlı qızları var.
Bütün xəbərlər Facebook səhifəmizdə