“Avro-2024”: Türkiyə və Gürcüstan yığmalarının start heyətləri açıqlanıb

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Türkiyə və Gürcüstan yığmalarının start heyətləri açıqlanıb.

SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:

Türkiyə: Mərt Günok, Kaan Ayhan, Samet Akaydın, Abdulkərim Bardakcı, Fərdi Kadıoğlu, Mərt Mülder, Arda Gülər, Orkun Kökçü, Hakan Çalhanoğlu, Kənan Yıldız, Barış Alpər Yılmaz.

Baş məşqçi: Vinçentso Montella.

Gürcüstan: Giorgi Mamardaşvili, Solomon Kverkveliya, Quram Kashia, Laşa Dvali, Otar Kakabadze, Anzor Mekvabişvili, Giorgi Tsitaişvili, Giorgi Qoçoraşvili, Giorgi Çakvetadze, Xviça Kvaratsxeliya, Jorj Mikautadze.

Baş məşqçi: Villi Sanyol.

Bütün xəbərlər Facebook səhifəmizdə