"Formula 1" üzrə ən yaxşı nəticə göstərən pilotların siyahısı bəlli olub
“Formula 1” üzrə Yaponiya Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilotun adı məlum olub. SİA xəbər verir ki, “Red Bull” komandasından Maks Ferstappen birinci olub.
Niderlandlı pilot karyerası ərzində 29-cu dəfə əsas yarışda birinci sıradan başlamaq hüququ qazanıb. “McLaren” sürücüləri ən yaxşı 2-3-cü nəticəni göstəriblər. Oskar Piastri ikinci, Lando Norris isə üçüncü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə