"Azərbaycan millisi ilə oyunda topa daha çox sahib olacağıq" - Avstriyalı futbolçu
"Hər iki matçda rəqiblərimizdən daha çox topa sahib olacağıq. Amma bundan faydalanmaq da vacibdir". SİA xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Qernot Trauner AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmalarına qarşı keçirəcəkləri oyunlardan əvvəl "Volksblatt" nəşrinə müsahibəsində deyib.
31 yaşlı müdafiəçi rəqiblərlə yaxından maraqlandıqlarını bildirib: "Biz onların heyətlərinə nəzər yetirmişik. Məsələn, Azərbaycan millisindən Ozan Can Kökçü mənim "Feyenoord"dakı (Niderland) komanda yoldaşım Orkunun qardaşıdır".
Təcrübəli oyunçu iki görüşdə də meydana çıxmağa hazır olduğunu söyləyib: "Bu qarşılaşmalarda qələbə qazanmaq yaxşı başlanğıc olardı. AVRO-2024-ün final mərhələsinə yüksəlməyi hədəfləyirik".
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                    .jpg) 
                                                     
                                                    .jpg) 
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)
.jpg)
.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB