Çempionlar Liqasında ən çox qələbə qolu vurmuş futbolçular bəlli olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqası matçlarında ən çox qələbə qolu vurmuş oyunçuların siyahısını açıqlayıb. SİA xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.

38 yaşlı portuqaliyalı forvard 15 dəfə qitənin bir nömrəli klub turnirində qələbə qolunun müəllifi olub.

Siyahıda hazırda karyeralarını davam etdirən digər futbolçulardan Kərim Benzema, Alvaro Morata və Lionel Messi də var.

Bütün xəbərlər Facebook səhifəmizdə