"Bavariya"nın futbolçusu klubu tərk edəcək

"Bavariya"nın futbolçusu Marsel Sabitzer bu ilin yayında klubu tərk edəcək. SİA xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb. Onun yerini "Leyptsiq"in müdafiəçisi Konrad Laymer tutacaq. Laymerin Münhen təmsilçisi ilə iyulda müqaviləsi qüvvəyə minəcək.

Qeyd edək ki, M.Sabitzer 2021-ci ilin yayında "Bavariya"ya keçib. O, bu mövsüm 23 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə