Aviasiya Təhlükəsizliyi üzrə İdarələrarası Komissiyanın iclası keçirilib

Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə İdarələrarası Komissiyanın növbəti iclası keçirilib.

SİA bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

Məlumata görə, iclasda AZAL-ın, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.

İclasda iştirakçılar mülki aviasiyanın hal-hazırda bütün dünyada üzləşdiyi çağırışları, Bakı hava limanının sərnişin və yük terminallarında aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra əsas məsələləri müzakirə edib, gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas prioritetləri müəyyən edib.

Görüşdə aviasiya təhlükəsizliyi mədəniyyətinin hərtərəfli tətbiqinin zəruriliyi və aviasiya təhlükəsizliyinin təmin edilməsinin AZAL üçün I dərəcəli prioritet kimi vacibliyi vurğulanıb. Aviaşirkətin bütün strukturları bundan sonra da digər idarələrlə əlaqəli şəkildə bu məsələyə böyük diqqət göstərəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...