Uşaq zorakılığının pərdəarxası məqamları NƏLƏRDİR? - ARAŞDIRMA

Zorakılığa məruz qalan uşaqlar üçün psixi problemlər qaçılmaz olur. “Travmanı kimin yaratdığı travmanın növü və şiddəti qədər önəmlidir” deyən mütəxəssislər, uşaq üçün ən sarsıdıcı travmanın ailə tərəfindən törədilən zorakılıq olduğunu vurğulayırlar.

Zorakılıq növündən asılı olmayaraq, şübhəsiz ki, bu travmadır. Travmalar insana zehni və fiziki cəhətdən mənfi təsir göstərən, onu çarəsiz hiss etdirən hadisələrdir. Travmanın növü və şiddətinin insana göstərəcəyi təsirin nə qədər əhəmiyyətli olması, onu kimin yaratdığı da bir o qədər vacibdir. Uşaqlar üçün ən dağıdıcı travmalar onları qorumaq, nəzarət etmək vəzifəsi olan valideynləri və etibar bağlarının əsasını təşkil edən ailədir. Uşaq həm sosial rollarını öyrənir, həm də davranış modellərini valideynləri və ailəsi vasitəsilə inkişaf etdirir. Ailə, təməl güvən hissinin formalaşdığı və insanın həyatı boyu quracağı bağların təməllərinin atıldığı çox əhəmiyyətli bir quruluşdur. Bu məlumatlara əsaslanaraq, belə nəticəyə gələ bilərsiniz ki, məişət zorakılığının fərd üzərində təsiri kiçik və əhəmiyyətsiz ola bilməz.

Ailədaxili uşağa və ailənin digər üzvlərinə qarşı istənilən növ zorakılığın mənfi təsirləri kifayət qədər yüksəkdir. Travma almış uşaqlarda ən çox görülən dəyişikliklər yuxu və iştahla bağlı əlamətlərdir. Yuxu keyfiyyətinin və nizamlılığının pozulması, gecə kabusları görülə bilər. Anoreksiya və kilo itkisi çox yayqındır. Əhəmiyyətli əlamətlərdən biri əhvalın qəfil dəyişməsidir. Yəni travmatik hadisədən sonra uşağın davranışı əvvəlki dövrlə müqayisədə dəyişir. Narahatlıq səviyyəsi yüksəlir, yeni qorxular yarana bilər, valideynlərini tərk etmək istəməyə bilərlər. Məktəbdə uğur və diqqətdə azalma ola bilər. Bəzi uşaqlar cavab olaraq daha əsəbi ola bilərlər. Daha əvvəl etmədiyi mənfi davranışlar göstərə bilər. Əgər uşaq həm fiziki, həm də psixoloji travmaya məruz qalırsa, onun fiziki inkişafında gerilik müşahidə oluna bilər. Valideynlərinin problem həll etmə üsulu olaraq seçdiyi bu üsulu modelləşdirərək öz sosial həyatında şiddət tətbiq etməyə başlayır. Zaman keçdikcə zorakı davranışlarla bağlı şikayətlər məktəbdən və sosial dairələrdən gəlməyə başlayır. Təcavüzkar valideyninə qəzəblənir və onların ünsiyyəti mənfi istiqamətdə inkişaf edir. Məişət zorakılığının uşağa mənfi təsir göstərməsi üçün onun yalnız uşağa yönəlməsi lazım deyil. Anaya və digər ailə üzvlərinə qarşı zorakılıq da uşağın mənəvi aləmində dərin izlər buraxır. Valideynlərlə münasibətlərində, hətta cinsi rollarında belə ciddi çətinliklərlə üzləşə bilərlər. Əgər təcavüzkar uşağı hədələyibsə və ya qorxudursa, uşaq bunu ailəsi ilə bölüşməkdən qorxa bilər. Ancaq övladları ilə sağlam ünsiyyət quran valideynlər bu məlumatı onlara hansısa formada zərər vermədən öyrənə bilərlər. Yəni “zorakılıq edən hər uşaq evdə zorakılığa məruz qalır” fikri yanlış fikirdir. Bu kimi uşaqlarda iki əsas problemdən danışmaq olar. Bunlardan birincisi sərhəd problemləri, digəri isə impuls nəzarət problemləridir. Sərhəd problemi olan uşaqlar lazım olanda valideynlərindən lazımi rəy almayan uşaqlardır. Valideynlərin təzyiqçi rəftarlarına qarşı, bəzi valideynlər təzyiq və uyğun sərhədlər arasında tarazlıq qura bilməyərək övladlarını sosial normalardan asılı olmayaraq böyüdürlər. Beləliklə sərhədsiz davranışların özünü rahat ifadə edə bilən, özünə güvənən uşaqlar yetişdirdiyini düşünürlər.

Bununla belə, hər bir valideynin ən əsas vəzifələrindən biri övladını gələcəkdə cəmiyyət tərəfindən qəbul edilmiş, xoşbəxt bir fərd kimi yetişdirməkdir. Bunun üçün onlara sosial normalara uyğun davranmağı və başqalarının azadlıqlarına mane olmayan fərd olmağı izah etməlidirlər. İmpuls nəzarəti problemi olan uşaqlar isə yanlış impulslarını dayandırmaqda çətinlik çəkirlər. Yəni, ağlına gələn hər hansı bir səhvi etməzdən əvvəl özlərini dayandırmaqda çətinlik çəkirlər. Onlar da bu hərəkəti etdikdən sonra peşman olurlar. Bu uşaqların bu məsələdə peşəkar dəstəyə ehtiyacı var. Çünki zorakılıq normal və məqbul davranış deyil. Bu davranışlar uşağın sosial mühitlərdən kənarda qalmasına və tək qalmasına səbəb olacaq.

Zorakılıq anlayışını fiziki zorakılıq, psixoloji zorakılıq, cinsi zorakılıq və iqtisadi zorakılıq kimi təsnif etmək olar. Ancaq özünü müdafiə edə bilməyən balaca balalarımızın tez-tez qarşılaşdıqları şiddət növü fiziki və psixoloji zorakılıqdır. Hamımızın bildiyi kimi, fiziki zorakılıq, dolayı yolla psixoloji zərər verən fiziki müdaxilələr toplusudur. Psixoloji zorakılıq isə fiziki zorakılıqla birlikdə istifadə oluna bilər və ya təkbaşına təzyiq, hədə-qorxu, alçaldıcı və aşağılama motivləri ilə həyata keçirilə bilər. Uşaqlara fiziki və ya psixoloji zorakılıq tətbiq olunmasından asılı olmayaraq onun törədə biləcəyi təsirlər böyüklərlə müqayisədə ağır nəticələrə səbəb ola bilər. Məsələn, böyüklərdə hədələmək, cinayət törətmək uşaqlarda böyük təsir göstərir. Məsələn, bir insanın məruz qaldığı hücum, bir körpənin kabus görməsinə, psixologiyasının pisləşməsinə və hətta dilini tutmasına səbəb ola bilər.

Uşağa qarşı zorakılığın şahidi olduqda nə etməliyik?

Söz mövzusu uşaq sizin övladınız ola bilər və ya təsadüfən şahidi olduğunuz bir zorakılıq hərəkəti ilə qarşılaşa bilərsiniz. Şahidi olduğunuz hadisə həm də ailə münasibəti ola bilər. Ancaq ailəyə qarışmamaq, problemə düşməmək kimi fikirlərə yol vermədən birbaşa hüquq-mühafizə orqanlarına zəng edin.

1.Hadisə yeri barədə məlumat verin və əlaqə məlumatlarınızı hüquq-mühafizə orqanlarının əməkdaşlarına buraxın ki, onlar gəldikdə sizin məlumatlarınıza müraciət etsinlər. Çünki, bəlkə də, uşağın məruz qaldığı qeyri-insani hərəkətlərin səndən başqa şahidi olmayacaq.

2. Düşünməməlisiniz ki, uşağa qarşı zorakılıqla bağlı şikayət edə bilərəm. Üstəlik, tutduğunuz vəzifəyə görə cinayət xəbərini verən sizsiniz.

3. Zorakılıq hadisəsinə polis müdaxilə etmirsə, müdaxilə edən bölmə tərəfindən polisin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölmələrinə məlumat verilir.

4. Zorakılıq edənlərə qarşı cinayət işi başlanacaq.

5. Bu müddət ərzində zorakılıq törədən şəxslərin uşağa yaxınlaşmasının qarşısı alına, zərurət yarandıqda hətta digər ailə üzvlərinə belə təhvil verilməyərək mülki idarələrin səlahiyyətinə aid olan ictimai obyektlərdə yerləşdirilə bilər. Uşağın xeyrinə ailə üzvlərinə təhvil vermək mümkün olmadıqda, uşaq tamamilə dövlətin himayəsi altına alınacaq.

Psixoloq Fərqanə Mehmanqızı: “Uşaqlara qarşı fiziki və psixoloji təzyiq ailədaxilində və sosial mühitdə də var. Bu gün nə qədər danışsaq da, nə qədər tədbirlər keçirilsə də ailədaxili şiddətin qarşısını almaq mümkün olmur. Lakin bu hadisələri azaltmaq, hər hansı bir cəmiyyətdən yox etmək mümkündür. Ailədaxilində uşağa qarşı olan şiddət daxili aqressiyadan, empati bacarığının aşağı düşməsindən irəli gəlir. Çox vaxt bunu iqtisadi durumla da uyğunlaşdırırlar ki, sosial-iqtisadi vəziyyətdə insanlarda daxili aqressiya baş verir və bu da ailə münaqişəsinə gətirib çıxara bilir. Hətta valideynlərin bir-biri ilə münaqişəsi də sonunda uşağa qarşı şiddətlə nəticələnə bilir. Şiddət istər psixoloji, istərsə də depressiv ola bilir, bunlar da özünə görə hər hansı bir travmalarla nəticələnə bilir. Çox maraqlıdır ki, ailə daxilində uşağın aldığı fiziki və psixoloji şiddət gələcəkdə sosial mühitdə uşağın özündə hər hansı bir travma, şəxsiyyət pozğuntusu, ikili davranışla da özünü göstərə bilir. Özgüvənsizlik, özünü təsdiq edə bilməmək böyük eqo, nadinclik və s. kimi özünü göstərə bilir. Ailədaxili şiddətin uşaqlara vurduğu travma hər uşağa fərqli şəkildə təsir edir. Elə uşaq var ki, travmanı rahat keçirir, şəxsiyyətin formalaşması dövründə xarakterdə hər hansı bir zədə ilə atlata bilir. Elə uşaq da var ki, bu travmanı ömürlərinin axırına qədər axsaqlıq, əksiklik kimi daşıya bilir və bunu da sosial mühitə gətirib çıxarır. Onlar sosial mühitdə aqressiya olur, ətrafa qarşı şiddət, özünəqapanma, özünü sosial mühitdə tapa bilmirlər. Nəticədə isə assosiallıq yaranır, bu isə sosial şəbəkədə daha çox vaxt keçirməyə, telefon oyunları, telefona bağlılığa gətirib çıxarır. Çünki, uşaq orada artıq özünü tapmış olur. Eləcə də sosial mühitin şiddəti uşaqlarda intihara gətirib çıxarır. Buna da fakt olaraq görürük ki, uşaq intiharı çox artıb”.

Sosioloq Əhməd Qəşəmoğlu: “Bu cür uşağa qarşı şiddətin artması gözlənilən haldır. Çünki, Azərbaycan ailəsi heç vaxt indiki qədər gərginlik içində olmayıb. Əgər bizdə 100 nikaha qarşı 30-dan artıq boşanma düşürsə bu o deməkdir ki, ailədaxilində şiddət var. Yəni, ancaq maddi vəziyyəti pis ailələrdə boşanma olmur. Deməli belə ailələr uşaqlar üçün namünasib bir yerdir. Gərgin ailə, ata və ana bir-biri ilə dalaşanda və ya şiddət olduqda bu uşağa da təsir edir və beləliklə uşağa qarşı da təzyiq, şiddət artır. Bu əksinə də ola bilər ki, uşaqların özünün formalaşmasına pis təsir edir və bu uşaqlar küçədə başqasından şiddət görürlər və yaxud valideynlər elə bir davranışa malik olurlar ki, uşaqları başqa uşaqlara zərər verirlər, şiddət göstərirlər. Ona görə də bu cür ailədaxili münaqişələrin artması halında uşaqların şiddət görməsi də təbiidir. Biz bunun qarşısını almalıyıq, çünki, valideynin problemi uşaqların problemi deyil, bu xalqın gələcəyinin problemidir. Əgər ailələrdə belə gərginlik varsa, uşaqlar belə gərginik içində böyüyürlərsə onlara qarşı şiddət artırsa, axı bu xalqın gələcəyinə də güclü mənfi təsir edir. Bu məsələlər barəsində güclü tədbirlər görülməlidir ki, ən azından bu hallar azalsın”.

Psixoloq Aytən Ələkbərli: “Ümumiyyətlə məktəbəqədər yaş dövrü 3 yaşdan 6 yaşa qədər müddəti əhatə etdiyinə görə bu müddətdə uşaq böyük inkişaf yolu keçərək fiziki cəhətdən diqqəti cəlb edəcək dərəcədə inkişaf edir və möhkəmlənir. Burada baş-beyin sinir sisteminin, bədənin ayrı-ayrı hissələrinin keyfiyyətcə funkisional təkmilləşməsi baş verir. Bu zaman artıq uşaq orqanizmində sümükləşmənin xeyli sürətlə getməsinə baxmayaraq onun skelet sistemində hələlik bərkiməyən hissələr olur və bu dövrdə də beyinin kütləsinin çəkisi təxminən 1350 qrama çatır. Sinir sistemində birləşdirici, əlaqə yaradıcı tellər də inkişaf edir və möhkəmlənir. Bu zaman görürük ki, uşaqlarımızda fiziki və psixoloji cəhətdən bəzi zorakılıqlar olur. Daha sonra isə biz onları nəzarətə götürsək baxarıq ki, hətta ilk siniflərdə bir-birinin oxumasına belə psixi zorakılıqla cavab verəcək jestlər, mimikalar göstərirlər. Bu jest və mimikalar daha sonra fiziki zorakılığa da gətirib çıxarır”.

Psixoloq Vüsalə Əmiraslanova: “Uşaq zorakılığının əsas səbəbi narkoman ailələrdə olur, yəni ailədə hansısa üzv narkomandırsa və yaxud da həbsxanaya düşübsə, ailədə narkomaniya varsa belə uşaqlarda uşaq zorakılığı daha geniş yayılıb. Lakin uşaqlar fiziki olaraq problemsiz ola bilərlər, amma psixoloji olaraq çox gərginlik yaşayırlar. Bu onların yeniyetməlik dövründə və ya daha böyük yaşlarında da özünü göstərir. Ümumiyyətlə zorakılığın müxtəlif növləri var, bunlardan biri də istismardır. İstismara uğrayan uşaqlar təhsildən kənar qalırlar, özlərini dəyərsiz kimi hiss edirlər. Əgər hər hansı bir uşaq cinsi zorakılığa məruz qalıbsa bu onların gələcəkdə travma almasına gətirib çıxarır. Bu problemlər uşaqda ünsiyyət problemi, özünəqapanma, aqressiya yaradır. Onlar gələcəkdə ailə sahibi ola bilmirlər. Kişilərdə qadınlara qarşı, qadınlarda isə kişilərə qarşı nifrət yaranır. Bunun əslində səbəbləri müxtəlifdir, sadəcə zorakılığa məruz qalan uşaqların fiziki durumlarından daha çox psixoji durumları daha çox zədə alır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...