Cəzaçəkmə müəssisəsindən 7 məhkum daha azadlığa buraxılıb

Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər məhkum azadlığa buraxılıb.

SİA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, həmin şəxslərə amnitsiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

İndiyə qədər akt 1500-dən çox şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə