İnsanlar niyə texnologiyalardan asılı vəziyyətdə qalıb? ARAŞDIRMA
Texnologiya, elmin inkişafı ilə birlikdə həyata keçirilən işlər sayəsində texniki cəhətdən irəliləmək və inkişaf etmək üçün verilmişdir. İnsanın mövcudluğundan bəri elmin bilik yığması vasitəsilə irəliləmişdir. İnformasiya ilə bağlı yeni məlumatlar verən elm, hər sahədə və hər zaman irəliləməyə davam edir. Elmin inkişafı və buna görə texniki məlumatların köməyi ilə texnologiyanın inkişafı insan ehtiyaclarından da təsirlənmişdir. Gündəlik gündəmə əsasən, insanların ehtiyacları hiss olunur. Bu ehtiyacları qarşılamaq üçün çalışan alimlər, elmdə daim inkişaf edir və texnologiyaya doğru irəliləyirlər. Başqa sözlə, texnoloji inkişaflar və irəliləyişlər çərçivəsində insan ehtiyacları var. İnsanlar öz ehtiyaclarını ödəmək üçün çalışırlar, çünki, elmi və texnologiyaya aparan hər bir addımla bir az daha irəliyə gedəcəklər.
Texnologiya daim özünü yeniləyir və inkişaf edir, bu sabit qalmır. Buna görə, hər keçən gün yeni bir texnoloji inkişafla qarşılaşmaq mümkündür. Bu inkişaflar insanın həyatına təsir edir. Yeniliklər kimi texnoloji inkişaflar insanların həyatında müsbət təsir göstərir. İnsanlar fərq etməsələr də, bir çox yerlərdə texnologiyadan istifadə edirlər. Hər gün müxtəlif səbəblərlə istifadə olunan internet ən böyük texnoloji inkişaflardan biridir. Həyatımızdan internet bir müddətlik yox olsa, bir çox insan təsirlənəcək. İnternet asılılığı adlanan xəstəliyə tutulanlar isə xüsusilə internet kimi böyük bir texnoloji yenilik olmadıqda bu onlar üçün problem ola bilər.
İnternet texnoloji inkişafların yalnız bir nümunəsidir. Smart ev sistemləri, avtomobillər, telefonlar, planşetlər və texnoloji sistemə malik olan bütün alətlər texnologiyanın xeyir-duası olaraq qəbul edilir. İnsan həyatında böyük bir yer tutan texnologiya həyata keçirilirsə, ibtidai yaşayış mühiti ortaya çıxacaq. Bu, həyat keyfiyyətini azaldacaq və xalq üçün bir çox mənfi nəticələrə gətirəcəkdir. Bu səbəblə texnologiya insan həyatında böyük bir yerə sahibdir. Kompüter texnologiyalarının davamlı inkişafı ilə birlikdə kompüteri iş məqsədləri üçün fəal şəkildə istifadə edən və internetdən həddindən artıq istifadə edənlərin, kompüter asılılığı adlandırılanların sayı artmaqdadır. Bu mövzuda ən çox asılı istifadəçiləri nəzərdə tutacağıq. Yenilikçi hər şeydə olduğu kimi, gənc nəsil yeni texnologiyaların təsirinə daha həssasdır. Qərb ölkələrində “patoloji kompüter istifadəsi” kimi rəsmi bir termin var. Hal-hazırda, bu termin ümumiyyətlə qeyri-sosial məqsədlər də daxil olmaqla kompüteri patoloji olaraq istifadə edən şəxslər kateqoriyasına aiddir. Kompüter oyunlarından və internetdən psixoloji asılılığın olması həm mütəxəssislər, həm də müasir kompüter texnologiyalarına meylli insanlar arasında şübhə doğurur.
Əsasən, müasir kompüter texnologiyalarından asılılıq iki əsas formada ifadə olunur:
1. internet asılılığı
2. kompüter oyunlarına həddindən artıq maraq
Bu iki formanın həm oxşarlıqları, həm də fərqləri var. Kompüter asılılığının ümumi xüsusiyyətləri bir-biri ilə sıx bağlı olan psixoloji və fiziki simptomların xarakterik bir seriyasıdır. Psixoloji simptomlar:
Kompüter önündə özünü yaxşı və ya eyforik hiss etmək;
1. internetsiz qala bilməmək;
2. kompüterdə keçirilən vaxtın getdikcə artması;
3. ailəyə və dostlara laqeyd münasibət;
4. boşluq, depressiya, qıcıqlanma hisləri;
5. iş yoldaşlarınıza və ya ailə üzvlərinə özünüz barədə yalan danışmaq;
6. iş və ya təhsil ilə bağlı problemlər;
Fiziki simptomlar:
1. Karpal tunel sindromu (uzun müddətli əzələ gərginliyi ilə əlaqəli əlin sinir gövdələrində tunelin zədələnməsi);
2. gözdə quruluq;
3. migren tipli baş ağrısı;
4. kürək, bel ağrısı;
5. zərərli qidalar;
6. şəxsi gigiyenaya laqeyd yanaşma;
7. yuxu pozğunluqları, yuxu rejimində dəyişikliklər.
Kompüterin patoloji istifadəsi, insana məsələn, alkoqolizm və ya narkotik asılılığı (kimyəvi asılılıq) kimi təsiri baxımından təhlükəli ola bilməz. Bununla belə, kompüter asılılığının hələ də insanın şəxsiyyətinə mənfi təsir etdiyi göz qabağındadır.
Psixoloq Ələkbərova Aytən: “Təbiidir ki, həddindən artıq telefon istifadəsi diqqət pozğunluğuna və mental geriliyə səbəb olur. Yuxu bir dirçəlişdir, amma təəssüflər olsun ki, insanlar gecə vaxtlarında belə gecə yarısına qədər telefondan asılı qalaraq yatmır. Kimi oyun oynuyur, kimi filmə baxır, bəziləri də deyirlər ki, yaxın insanlarla danışıram. Lakin, buna baxmayaraq yuxu yuxu dirçəlişi olduğundan bu yuxu pozğunluğu onlarda mental geriliyə gətirib çıxarır. Belə bir hallarla üzləşməmək üçün bizim texnologiyadan birbaşa azad olmağımız vacibdir. Biz fikir versək görərik ki, son iki il ərzində karantin dövründə texnologiyadan istifadə müddəti kəskin şəkildə artdı. Yəni, bir insan vaxtını ortalama olaraq gün ərzində demək olar ki, 8-11 saat smartfonda keçirib. Həddindən artıq telefon istifadəçisi diqqət pozğunluğunu da yaratdı, insanlarda informativ stresləri artırdı. Biz baxarıq ki, əgər streslərimiz emosional və informativ olaraq iki yerə ayrılırsa, emosional streslərdə asinik vəziyyətə düşdüyümüz biz halda o bağırtılarla və yaxud nəyisə vurub sındırmaqla o stresi özümüzdən çıxardığımız halda informativ streslərdə özümüzə qapandıq, depressiyalara məruz qaldıq. Ölkə statistikasını götürsək demək olar ki, hər 10 nəfərdən 8-i psixoloqun yanına özünü dərk edərək gəlir ki, “mən bu vəziyyətə düşmüşəm, məni xilas edin”. Deyilib ki, bu gün psixoloqun yanında ağlamayan, sabah psixiatrın yanında gülünc vəziyyətdə qalar və həmin şəxs yenidən dərman asılılığına məruz qalır. Çünki, bu insan asılılığa meyilli bir insandır. Bəzən görürük ki, elə insanlar var ki, deyirlər ki, “biz bəyəm psixoloqla böyümüşük?” və yaxud da ki, “bizim psixoloqa ehtiyacımız yoxdur”. Bu çox yanlış bir düşüncədir. Son dövrlərdə baş verənlər və texnologiyadan asılı qalmalar onları elə birinci olaraq psixoloqa doğru addımladır və başlanğıc da buradan başlayır. İlkin olaraq bizim qarşımıza qoyduğumuz məqsədlər ondan ibarətdir ki, özümüzdə nizam-intizamı düzəltməliyik. Yəni, telefon asılılığı bir intizam və eyni zamanda intizamsızlıqdır. Sizə əziz doğma bir insan sizlə söhbət edir, lakin, sən ona məhəl qoymadan əlinə telefonu alırsan və yaxud kompüterdə hər hansı bir nələrisə sezirsən. Ancaq yanınızdakı insanın sizə ehtiyacı var və sən onu dinləyə bilmirsən. Bəlkə də həmin insanı dinləyib ona köməklik edə bilərsən. Baxın texnologiyadan asılılığımız bizi bu məqama gətirib çıxarır. Təbiidir ki, intizam anadangəlmə bir bacarıq deyil, bu sonradan qazanıla bilir. Bu qazanılmalarda bizim intizamsızlığa doğru apardığımız yollardan biri də övladlarımızın bizi dinləməməsi, elə bizim özümüzün də övladlarımıza verdiyimiz ən gözəl tərbiyə onlara qarşı olan hörmətdən başlayır. Övladımız bizə məktəbindən, dərslərindən danışır, biz isə əlimizdə telefon onları dinləmirik. Hətta onlara əsəbləşib özümüzdən uzaqlaşdırırıq. Onlara “get o tərəfə, görmürsən əlimdə işim var” deyərək xitam ediriksə deməli bu problem elə bizim özümüzdən başlayır. Günümüzü planlaşdırmalıyıq, yatmazdan əvvəl gün ərzində görməli olduğumuz işləri qeyd etməliyik. Elə insanlar var ki, bunu kağız üzərinə yazırlar və məlumatı bu cür yadda saxlayırlar. Elə insanlar da var ki, eşitsəldir, yəni məlumatı qulaq seyvanında saxlayaraq sabahkı gününü necə istifadə edəcəyini planlaşdırır. Biz ümumi baxarıq ki, insanlarda ancaq diqqət və davranış pozğunluqları var və təbiidir ki, bu diqqət və davranış pozğunluqlarının ən əsas səbəbi məhz texnologiyadan bu qədər asılı olmağımızdır. Biz demirik ki, texnologiyanı tamamilə kənara ataq, inkişaf etməyək. Bəli, biz sivil kommunikasiyalı bir ölkədə yaşayırıq və dünya artıq texnologiyadan istifadə edir. Hətta elə insanlar və elə uşaqlar var ki, onu ağıllı, şüurlu şəkildə istifadə etdiyindən hər hansısa bir icadlar belə etməyə qadir olurlar. Lakin, çox təəssüflər olsun ki, şüursuz atılan addımlar daha çox yadda qaldığına görə, onlara daha çox vaxt istifadə olunur. Texnologiyanın yaxşı, səmərəli tərəfindən yox, onların ən böyük düşməninə çevriləcək bir məqamlarda istifadə edirlər”.
Ekspert Aydın Xan Abilov: “Texnologiya insan düşüncəsinin, intellektinin, idrakının məhsulu olduğuna görə, hər zaman insanlar ona meyilli olurlar. İlk növbədə insanlar yeni texnologiyalar yaratmaqla digərlərindən intellektual, elmi cəhətdən inkişaf etdiklərini sübut etmək istəyirlər. İkinci tərəfdən isə ayrı-ayrı şəxslər, bu alimlər hətta bəzi diletant insanlar belə yeni texnologiyalar yaratmaqla həmdə əqli mülkiyyəti inkişaf etdirirlər və özlərinin varlanmasını təmin etmiş olurlar. Biz texnologiya dedikdə yalnız hər hansı bir görünən maddi texnikanı yox həm də istər keçmişdə olduğu kimi söhbət elmi, dini, ədəbi, estesik, kulturoloji-kreativ texnologiyalardan gedir. Yəni, mənəvi, əxlaqi, mədəni baxımından görünməyən amma çox böyük dəyişikliklərə səbəb olan müəyyən modellərdən söhbət gedir. Eyni zamanda onun müasir dövrü olan sosial şəbəkələr, smartfonlar, ağıllı telefonlar üçün tətbiqlər, kompüter proqramları, internet alətləri digər kommumikasiya texnologiyalarını nəzərdə tuturuq. İnsanların bu kimi şeylərə həmişə marağı olub, çünki, insan yeniliyə həmişə açıqdır. Bizi digər varlıqlardan fərqləndirən məhz idrakı və elmi, intellektual, yaradıcı təxəyyülə malik olmağımızdır və bu təxəyyül də bizi dinc oturmağa qoymur. Hər dəfə yeniliklərlə digərlərindən fərqləndirmək, “mən də bu dünyada varam, mən də bu kəsimində gəlmişəm, mən də insaniyyət üçün, cəmiyyət üçün, öz nəslim üçün yeni dəyişikliyə səbəb olan yeni formatlar, fərqli texnologiyalar ortaya qoya bilirəm” düşüncəsi ilə insanlar texnologiyanın inkişafında qatqılarını verirlər. Hər bir hadisənin müsbət tərəfi olduğu kimi mənfi tərəfi də var. Bu da həddindən artıq istifadə zamanı insanları, xüsusən də yeniyetmə uşaq və gəncləri asılı vəziyyətə salan texnoloji yeniliklərdir. Texnologiyanın əsas fəlsəfəsi sözsüz ki, insan həyatını, ümumiyyətlə gündəlik uzun və qısamüddətli yaşam tərzini asanlaşdırmaq, rahatlamaq üçündür. Lakin, rahatlığın digər tərəfi də var, insanlar artıq öz bioloji, ruhi və mənəvi varlıqlarını unudublar. Sanki, sözün həqiqi mənasında texnologiyanın əsarətinə düşüblər. Ətrafımıza nəzər saldıqda görürük ki, smartfon, noutbuk, kompüter, planşet olmasa, evdə internet kəsilsə biz özümüzü pis hiss edirik. Hətta lift, ictimai nəqliyyat işləməyəndə belə, yağış yağan zaman kanalizasiyasiya və korrektorların su axıdılmayanda belə biz həyəcanlanmağa başlayırıq və bir növ özümüzü tənha hiss edirik. Texnologiyaların digər tərəfi o qədər inkişaf etdi ki, əvvəllər valideynlərimiz pul qazanırdı və anamız yemək bişirirdi. Biz bilirdik ki, ailədə yemək masası ətrafında ananın bişirdiyi neymətlərlə qidalanırıq. Lakin indi, hətta restoran və daşınma xidməti texnologiyaları o qədər sürətli inkişaf edir ki, onların biraz zəif işləməsi, problemli olması o dəqiqə insanları həyəcanlandırıb depressiyaya sala bilir və bir çox ölkələrdə biz bunu müşahidə edirik. Məsələn, indi gənclər özlərini dönərsiz, pizzasız hiss etmirlər. Yaşlı nəsil ancaq kabab və ya plovla zövqlənirdilərsə, gənclər qida texnologiyasının bir hissəsinə çevrilişə, kütləviləşmiş qida məhsullarsız özlərini hiss etmirlər. Super market texnologiyası, televiziya texnologiyası bizim həyatımıza çox böyük təsir edir. Texnologiya bu baxımdan çox geniş anlayışdır. Konkretləşdirsək məişətdə istifadə etdiyimiz bizi özündən asılı edir. Süni intellektin, zəkanın, robot texnologiyanın, nano texnologiyanın inkişaf etdirilməsi insanın düşüncə və ali varlıq funksiyasını əlindən alır. Biz artıq hansısa bir kitabı gedib kitabxanada axtarmırıq, onu artıq internetdə axtarırıq. Hətta dərsliklər belə virtual texnologiya vasitəsi ilə həyata keçirilir, bütün bunları inkişaf etmiş intellektual səviyyəsi yüksək olan cəmiyyətlər tərəfindən rahat şəkildə həzm edilir və onlar texnologiyanı varlandırıb daha da inkişaf etdirirlər. Fikir verək, inkişaf etdirilmiş və yaxud Amerika, Kanada, Avropa ölkələri, Cənubi Koreya kimi ölkələrdə belə texnologiyalar çox böyük sürətli inkişafa səbəb olur. Lakin, Şərq ölkələri, müsəlman ölkələri, o cümlədən də Azərbaycan tipli cəmiyyətlərdə texnologiya, fərdi şəxsiyyət olaraq öz təsiri altına almağa başlayıb və fərdə təsir etmək, onu yönləndirmək, onun düşüncəsinə, idrakına, ağlına təsir etmək və hər hansı bir mövqeyinin mövqesizliklə əlaqələnməsinə səbəb ola bilər və bu çox qorxulu haldır. Onun üçün də biz bu texnologiyalardan yararlanmaq üçün, texnologiyaları inkişaf etdirib yenilərini kəşf etmək və o yenilikləri tətbiq edib zavodlar və fabriklərdə yeni məhsul istehsal etmək, yeni internet proqramları yaratmaq üçün çox çalışmalıyıq. Ən əsası da fundamental təhsili inkişaf etdirməliyik, yeni təhsil bacarıqları, virtual mütaliə, virtual yazı mədəniyyətini inkişaf etdirməliyik, elektron kitablar, nəşrlər, elektron məlumat mübadiləsi, internetin Azərbaycandilli resurslarını inkişaf etdirməliyik. Texnologiyaların inkişafı insanın həm öz içinə, həm də öz virtual və real ofisinə, evinə pəlçimləyir, sanki, orada insan həbs olunur. Baxın biz əvvəllər paltar yumaq üçün çölə çıxmalı olurduq, hardasa bir müəssisə axtarmalı olurduq. İndi isə buna ehtiyac yoxdur, çünki, paltaryuyan maşınlarımız var. Hətta kənd təsərrüfatının məhsullarının özü belə yeni texnologiyalarla istehsal olunur. Tutalım, istixanalarda il boyu pomidor, xiyar və digər kənd təsərrüfatı məhsulu istehsal olunur. Əvvəllər yeməklər ancaq evdə bişirilirdisə, indi bütün restoranlar yemək təqdim edir və 24 saat çalışan daşıma xidməti bu yeməkləri sizə gətirə bilərlər. Yetər ki, sizin pulunuz olsun və bu texnologiyalardan yararlana bilmək imkanınız olsun. Keçmişdə hər hansı bir rayona zəng etmək üçün danışıq məntəqələrinə getmək lazım idisə indi biz smartfonla görüntülü belə zəng edərək dünyanın hər yerinə gedə bilərik. Bu texnologiyalar insanı tənbəlləşdirir, ətalətə sürükləyi, insanlarımız kökəlməyə başlayır ki, bu da bütün dünyada baş verir. Texnologiyanın digər tərəflərindən biri də odur ki, psixoloji cəhətdən hər birimiz özümüzə qapanırıq. Virtual aləm, sosial şəbəkələr, sosial mesenger alətləri, smartfonlarda olan yazışma tətbiqləri bizə dünyaya açılışmaq imkanı yaradır. Hətta indi avtomatik tərcümə proqramları da vardır ki, ani sürətdə səsinizi və yazınızı tərcümə edə bilir və xarici dildə danışan insanlara ötürə bilir. Digər tərəfdən bioloji varlıq olaraq biz öz içimizə qapanırıq. Sosial şəbəkələrdən gələn mənfi tendensiyalar ümumiyyətlə həyatın formatını dəyişir. Hərəkətsizlik, insanların formalaşmaması, bir-birini illər boyu görməməsi, real həyatda olarkən belə eyni məkanda olan tanışlar bir-birini görüb uzaqdan tağ edirlər, amma onlar yaxınlaşıb söhbət etmirlər. Mənəvi-ruhi qida verən, estetik, kino, teatr və muzeyə getmək yoxdur və bütün bunlar texnologiyaların mənfi tərəfidir. Texnologiyalar bir tərəfdən insanın əlində böyük bir silah olduqda, digər tərəfdən də insanı tənhalaşdırır. Hər hansı bir gözəl texnologiya, tutalım biz atom enerjisindən enerji kimi istifadə ediriksə o bizim rifahımıza xidmət edir, yox əgər biz ondan bomba kimi istifadə ediriksə o dünyanı və planeti dağıda bilər və o cümlədən insanı da məhv edə bilər. Ona görə də texnologiyalara elə bu fəlsəfədən baxmaq lazımdır. Texnologiyanın fəlsəfəsi açıqlılığı, hər kəsə əlçatan olması, fərqinə varmadan cinsi, yaşı milliyəti, dinindən asılı olmayaraq hər bir insana təsir etmək və onun həyatını daha da rahat etmək, lakin rahatlıq həm də ətalətə aparıb çıxarmamalıdır. Bir də dini texnologiyaya toxunmaq istəyirəm. Bilirsiz ki, hal-hazırda Azərbaycanda din və vicdan azadlığı var və bundan sui-istifadə edən istər qatı şiələr, istərsə də sünni mənsəbləri hətta siyasi hakimlərə can atan dini texnologiyalar çox sürətlə yayılmaqdadır. Təəssüflər olsun ki, bizim daxildə olan həm məmurların içində, həm də siyasi partiyaların içində bu öz savadsızlığından, təfəkkürünün zəif olmasından, dini ənənələrimizi bilməməkdən irəli gələrək bu və digər dərəcədə ənənənəvi mənsəb olan bir çox İslam dininin sıxışdırılması bunlar arasında bir rəqabətə çevrilir və bundan varlanmaq, dövlət başçısının yanında özünü şirin göstərən insanlardılar. Belə mənfi tendensiyalara qarşı biz ellikcə mübarizə aparmalıyıq. Bunun üçün də təhsil, oxumaq, fundamental və müasir, liberal düşüncəli elmlərlə məşğul olan insanlara dəyər vermək lazımdır”.
Texnoloq Alpay Əhmədov: “Bu mövzuda özümdən götürsək məndə də “Facebook” asılılığı var. Asılılıq əslində insanın təstiq etmə hissindən yaranır. İnsan adi bir status yazanda, bu yazı ilə o özünə cəmiyyətə, topluma təstiq etmək istəyir. Bir sözlə bu, özünü təstiq etmənin ifadə formasıdır. Asılılığın əsas səbəblərindən biri də budur. İkinci səbəb isə həmin statusa insanların reaksiyalarıdır. Bu səbəblə tez-tez sosial şəbəkələrə girib-çıxmaq insanlarda asılılıq yaradır. Burada insanların özünə vurğunluğu sosial şəbəkələrdən asılı hala da salır. Bu da əsasən xanımlarda daha çox olur ki, onlar öz görünüşlərini kiminləsə bölüşmək istəyir və bu barədə qarşı tərəfin fikirlərini almaq istəyirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə