Bakıda küləyin sürəti 28 m/s təşkil edir - FAKTİKİ HAVA

Azərbaycanda iyulun 4-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Balakəndə 5, Sarıbaş (Qax), Kəlbəcər, Göygöl, Zaqatala, Gədəbəy, Laçın, Qubadlı, Şəmkir, Şəki, Qusar, Qrız, Ağstafa və Daşkəsəndə 3 mm-dir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Culfada 21, Neftçalada 20, Naftalan və Mingəçevirdə 18 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə