"Təmiz hövzələr" aksiyasına start verildi

"Təmiz hövzələr" aksiyasına Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsindən başlanılıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının və ekokönüllülərin də cəlb edildiyi birgə aksiyada Kürün bir hissəsində təmizləmə işləri aparılıb, çay hövzəsinin 15 kilometrdən artıq sahəsi sintetik torlardan və plastik tullantılardan təmizlənib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə ölkənin su hövzələrində bu cür tədbirlər daha da intensivləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə