Hər bir azərbaycanlı Ordumuzun qələbəsi ilə fəxr edir

Azərbaycan ordusunun 44 günlük müharibədə nümayiş etdirdiyi rəşadətini bütün dünya ictimaiyyəti gördü. Əsgərimizin döyüşdə qəhrəmancasına “ya şəhid olacayıq ya qazi” ifadəsi bizim bu haqq savaşında nə qədər doğru yolda olduğumuzun təcəssümü idi. Vətən, millət, ordu vəhdəti qələbəmizi sürətləndirən amillərdən ən başlıcası idi. Bu zəfərdə ordumuzun yüksək peşəkarlığı, müasir silahlarla təmin edilməsi və ruh yüksəkliyi də öz sözünü deyirdi. Düşmən ordusunun döyüşlərdəki qorxaqlığı və xaosu Azərbaycan əsgərinin qəhramanlığından xəbər verirdi. Ordumuzun sarsıdıcı zərbələrindən qorxuya düşən düşmən ordusu vəsvəsə ilə geriyə çəkilərək bütün silah-sursatını atıb qaçmışdır. Hətta, döyüş bölgəsində yaralı əsgərlərini atıb qaçan erməni əsgəri çox zəif və qorxaq olduğunu subut edirdi. Hərbi gücümüzün yetərli səviyyədə qüdrətli olması düşmən üzərində tarixi qələbəmizi bərpa etmişdir. Azərbaycan Ordusunun döyüş taktikası bu gün dünyanın aparıcı dövlətlərinin ordularında yaxından mənimsənilir. Tarix yazan ordumuz yüksək döyüş qabiliyyəti ilə düşmən üzərində qələbəmizi təmin etmişdir. Şanlı Ordumuz tərəfindən döyüş zonasında düşmənin bir çox hərbi texnikası, silah-sursatı, maddi-texniki təminatı ələ keçirilmişdir. Bakı şəhərinin Xətai rayonu ərazisində 5 hektar ərazidə müharibə zamanı düşmən ordusunun maddi-texniki və silah-sursat qənimətlərindən ibarət park yaraadılmışdır. Bu park müharibənin miqyasınının canlı göstəricisidir. Ordumuz tərəfindən ələ keçirilən düşmən texnikası, silah-sursatı bu məkanda nümayiş etdirilir. Erməni hərbi texnikalarının nömrələrindən ibarət kompozisiyada yazılan “Qarabağ Azərbaycandır!” şüarı dünyaya şanlı qalib ordunun zəfər səsini çatdırır. Eyni zamanda erməni vəhşiliyi, dinc əhaliyə qarşı etdiyi hərbi cinayətlər real olaraq dünyaya nümayiş etdirilir. Bu parka səyahət edən hər kəs ordumuzun və əsgərimizin qətiyyətinin, iradəsinin və məğlubedilməzliyinin şahidi olacaqdır.

Erməni vəhşiliyi işğal olunmuş bütün torpaqlarımızda öz acı nəticəsini göstərməkdədir. Bütün şəhərlərdə olan məscdiləri, qəbirstanlıqları tamamilə dağıdan erməni vandalları etdikləri mənəvi terrora görə Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyır və buna görə cavab verməli olacaqlar. Bu insanlığa qarşı yönəldilmiş çox böyük bəşəri cinayətdir.

Azərbaycanın iqtisadi qüdrətinin xeyli artması, regionda və dünyada siyasi nüfuzunun yüksəlməsi ölkəmizi dünyada gedən geoplitik proseslərin mərkəz xəttində yerləşməsi 30 ilə yaxın həll olunmayan Qarabağ münaqişəsinin həlli prosesində ciddi dönüş yaratdı. Münaqişənin sülh yolu ilə həll olunması ermənilər tərəfindən əngəllənsə də dövlətimiz hərb yolu ilə torpqlarımızı işğaldan azad etmək üçün geniş hazırlıq işləri görmüşdür. Xalq-iqtidar birliyi daha əminliklə hazırlıq işlərinə təkan verirdi. 44 gün çəkən haqq savaşımızda Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu çox böyük qələbəyə imza atdı. Vətən torpaqlarını düşmən tapdağından azad edərək mənfur düşməni öz yerində oturtdu. Vaxtilə ermənilər Xocalıda törətdikləri cinayətlərə görə Azərbaycan əsgəri qarşısında diz çökərək təslimçi sülh müqaviləsi imzaladı. Ermənistan biabırçı məğlubiyyəti və Azərbaycan qarşısında məğlub olması tarixi zərurət idi. Tarixi ədaləti bu dəfə Azərbaycan müharibə yolu ilə Ermənistan üzərində bərpa etmişdir. Vaxtilə Azərbaycana rəhbərlik etmiş yarıtmaz AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində ən mühüm strateji mövqeyə malik olan Şuşa və Laçın düşmən tərəfindən işğal olunmuşdur. Şəxsi maraqları konteksindən çxış edən adını müxalifət qoymuş bir sıra ünsürlər “narıncı inqilablar” təşkil etmək istəsələr də xalqın sərt şilləsi ilə öz yerlərində oturmuşdular. Hər bir Azərbaycan vətəndaşı öz dövlətçiliyinin və ərazi bütövlüyünün qorunması uğrunda bütün varlığı ilə canından keçməyə hazırdır.

Anar Babayev,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə