Müasir zavodların fəaliyyəti ölkəmizdə gənc kadrların hazırlanmasına təkan verir

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasındakı məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Sumqayıt Kimya Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri idarəetmə qurumlarına malik olan, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri yaradılır. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 295.62 hektar, bu parkın baş planına əsasən Parkın Sənaye Zonası 192 hektar təşkil edir. Burada aqro və tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş müəssisələr yerləşir. Ölkəmizdə aparılan sənayeləşmə siyasətinin əsas məqsədlərindən biri qeyri-neft ixracını artırmaq, iqtisadiyyatı şaxələndirmək, bunlarla yanaşı, yeni iş yerlərinin açılması və müasir texnologiyalara malik müəssisələrin yaradılmasına nail olmaqdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni istehsal sahələrinin yaradılması imkan verir ki, Azərbaycan təkcə neftdən və qazdan yox, eyni zamanda, hazır məhsullardan da valyuta qazansın. Digər tərəfdən, yeni yaradılan müəssisələr bir sıra sosial layihələrin də reallaşmasına imkan yaradır. İlk növbədə bu zaman yeni iş yerləri açılır və yeni istiqamətlər həm də yeni ixtisaslı kadrların hazırlanmasına zəmin yaradır. Bu baxımdan böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti ölkəmizin gənclərinin mütəxəssis kimi hazırlanmasına da təkan verir.

Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Düşünürəm ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması kimya sənayesinin inkişafında böyük rol oynayacaqdır. O cümlədən, bu sahədə ixrac potensialının artırılmasında da böyük əhəmiyyət kəsb edəcəkdir.

Misirxan Həsənov, Azərkitab Kitab Təbliğatı Mərkəzinin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə