AFFA kəndlərdə idmanın inkişafına dəstək verir - FOTOLAR

12 avqust 2020-ci il tarixdə AFFA-nın və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçay rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinə start verilib. Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Bu layihə çərçivəsində Göyçay rayonunun Çərəkə, Ləkçıplaq və Mallı Şıxlı kəndlərindən olan 50 uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Göyçay rayonundan Milli Məclisə seçilmiş deputat Sabir Hacıyev və Göyçay rayon Gənclər və İdman İdarəsinin müdiri Elşən Şirinov iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə