Gürcüstanın Axalkələk bölgəsində erməni problemi

Son vaxtlara qədər Axalkələk rayonunda 18 kolxoz və 24 sovxoz, Ninotsminda da isə 24 kolxoz və 5 sovxoz var idi. 1985-1987-ci illərdə Cavaxetiyada istehsal olunan kolxoz və sovxozların məhsulu belə görünürdü: bitkiçilik məhsullarının payı 30%-i, heyvandarlığın payı 70%-i, onların arasında iri buynuzlu mal-qaranın payı isə 60%-dən çox idi.

1990-cı ildə Cavaxetiyada cəmi 82489 ( Ninotsmindada - 40342, Axalkələkdə - 42147) baş iribuynuzlu mal-qara olmuş, bunlardan isə 34939 başı (Ninotsmindada - 16915, Axalkələkdə - 18024 ) inək olmaqla 42.3 faizi təşkil etmişlər.

1986-cı ildə 1976-cı illə müqayisədə Axalkələk rayonundakı ictimai təsərrüfatlarda süd istehsalının, canlı çəkinin artırılması müvafiq olaraq 24,0 və 43,8 faiz, Ninotsminda rayonunda isə 39,7 və 49,4 faiz təşkil etmişdir.

1976-1986-cı illərdə ət istehsalı işində iribuynuzlu mal-qaranın xüsusi çəkisi 68,2-dən 71,8 faizə qədər yüksəlmişdir. Kolxozlardakı bir inəyin orta sağımı 2400 kq-a qədər, sovxozlarda isə - 2000 kiloqram olduğu halda qabaqcıl kolxozlarda bu göstərici 3000-3300 kiloqrama çatmışdır. Bu dövrdə 100 inəkdən 76-80-ə qədər buzov artımı müşahidə olunmuşdur. Yuxarıda qeyd olunan məlumatlar göstərir ki, Cavaxetiyada ət və süd istehsalı sahəsində artım üçün böyük imkanlar var.

Professor O. Maqlaperidzenin hesablamalarına görə, mövcud ehtiyatlardan lazımi qaydada istifadə edilməsi əsasında ictimai təsərrüfatlarda süd istehsalı 2005-ci ilə qədər iki dəfə artacaq, canlı çəkisinin artırılması isə 1,5 dəfə1 artacaq.

Sovet ittifaqı dağılandan sonra bütün Gürcüstanda və Cavaxetiyada çoxlu ictimai təsərrüfatlar talan edilmiş və məhv edilmişdir. Ermənistana böyük miqdarda iribuynuzlu mal-qara gətirilmişdir. Bütün bunlar isə Cavaxetiya əhalisinin sosial problemlərini daha da çətinləşdirmişdir. . Cavaxetiyada sosial infrastrukturun inkişafına böyük diqqət göstərilməlidir. Bizə məlum olan siyasi hallara görə onsuz da zəif olan infrastruktur dağılmış vəziyyətdədir. 1990-cı ilə qədər Ninotsminda rayonunda 91 ticarət obyekti olmuşdur. 39 məktəblərində 5547 uşaq təhsil almış, 32 kəndin rayonlararası rabitəsinin sayı isə yalnız 12 olmuşdur.

Axalkələk rayonunda cəmi 227 ticarət obyekti olmuşdur. Rayonun 64 məktəbində 2079 uşaq oxuyurdu, bu məktəblərdən 9-u gürcü məktəblərindən ibarət idi harda ki 500 şagird təhsil alırdı.

Rayonun yalnız üç kəndindəki 30 xəstəxana yerinin hər birində xəstəxanalar (Alastani, Baraleti, Sulda) var. Kiçik istehsal müəssisələrinin və məişət obyektlərinin sayı 36 olmuşdur. Rayonlararası avtomobil rabitəsi 63 kəndin 51-də olmamışdır. Telefon rabitəsi isə 16 kənddə olmamışdır.

Axalkələk rayonunda rayonlararası kənd yollarının uzunluğu 273 kilometrdən ibarətdir ki onların arasında da 256 kilometr uzunluğu olan yol möhkəmdir, bununla yanaşı isə torpaq yollarının uzunluğu 4,4 km, asfalt yollarının uzunluğu isə 12,6 kilometrdir.

Kəndlərdə ticarət və məişət xidməti məntəqələri fəaliyyət göstərmir.

Ermənistanın nə təbii sərvəti nə də ki dəniz yolu yoxdur. O, faktiki olaraq “blokada” halındadır. Nəzərə alsaq ki, lazımi xammal, enerji resursları, məhsullar, sənaye malları Rusiyadan alınır və bu yükü həyata keçirmək üçün də yeganə yol Gürcüstandır, onda Ermənistanın Gürcüstandakı bu cür marağı aydın olur. Erməni kapitalı Gürcüstana daxil olmağa çalışaraq özəl mülkləri satın almağa çalışır. Amerikada yaşayan ermənilərin Poti limanının səhmdarlığı ilə əlaqədar fəallığı buna əyani şəkildə sübutdur. Hələ Sovet İttifaqı dövründə ermənilərin bir qismi Moskvada yüksək vəzifələrdə

olmuş, Batuminin onlara verilməsi məsələsini dəfələrlə qaldırmışlar. Ermənilərin işgüzar dairələri Axalkələk - Batumi dəmir yolunu və s. ələ keçirməyə çalışırlar. Qeyd etmək lazımdır ki, 1997-ci ilin noyabrında Gürcüstanda səfərdə olan Ermənistanın sabiq baş naziri daha sonra isə prezidenti olmuş Robert Koçaryan fikrini bu cür ifadə etmişdir: “Ermənistan dənizə çıxışının olmasında maraqlıdır. Bu, Ermənistan üçün Avropaya yol açır, ona görə də biz bütün imkanları araşdıracağıq, onların arasında isə həm bərə dəmir yolu həm də avtomobil yolları var...”.

. Gürcüstanın kütləvi informasiya vasitələri, məsələn, İlya Çavçavadze, Akakiya Tsereteli, Vaja Pşavela, Yakoba Qoqebaşvili, Arçila Corcadze, İvane Cavaxişvili, Pavle İnqorokva, Gerontiya Kikodze və s. gürcülərin əleyhinə olan Şaxatunyan, Ter-Abramyan, Naxapetyan, Eritsov, Artsrun, Vermişov, Babaxanyan və s. kimilərinə qarşı prinsipial mövqe tutmalıdırlar. Belə bir məqamda prinsipsizlik və əsassız güzəştlər xəyanət sayılır, xüsusən də Gürcüstanın milləti qarşısında böyük bir cinayətdir. Bu cür siyasət erməni ultrasiyasətçilərinin gürcülərin əleyhinə yönəlmiş fəallığına da daha çox kömək edir, Gürcüstan və Ermənistanın isə mehriban qonşuluq münasibətlərinə ciddi ziyan vurur.

Təəssüflər olsun ki bu gündə kilsə və “elmi xadimlər” tərəfindən gürcülərə qarşı nifrət və əsassız ərazi iddiaları, Gürcüstanın tarixinin və mədəniyyətinin saxtalaşdırılması hökm sürməkdədir. Belə bir mərhələdə isə biz əfvsiz şəkildə bu cür şeytani xislətli siyasi qüvvələri ifşa etməliyik.

Xaricdə yaşayan alim M. Sarkisyan fikrini bu cür qeyd etmişdir: “Əsl erməni və əsl gürcü anlamalıdır ki, “xalqın xatirəsi yalnız tarixi hekayələrlə və sənədlərlə məhdudlaşmır.” Xatirə əsrlərlə və minilliklərlə ötürülür. Bu isə erməni və gürcü xalqlarının dostluğunun heç vaxt ləkələnməməsinin sübutudur”.

Yeni nəslin yetişdirilməsi üçün çox əhəmiyyətli olan qədim erməni əlyazmaları eləcə də Kartlidəki həyat, millətlərimizin həyat və mübarizəsinin əsl sənədi və təsdiqidir.

Tarix insana necə dostluq etməyi öyrədir, eləcə də onu göstərir ki ən dəhşətli dəqiqələrdə belə xarici işğalçılara qarşı mübarizənin ən güclü silahı bizim dostluğumuz olmuşdur.

Hazırda isə biz gürcü və erməni xalqlarının ənənəvi dostluğunu və mehriban qonşuluq münasibətlərini daha da inkişaf etdirmək və möhkəmlətmək üçün hər şeyi etməliyik. Ermənilərin ayrı-ayrı şovinist qrupları isə heç vaxt gürcü torpaqları və gürcü mədəniyyəti ilə bağlı əsassız iddialarını irəli sürməməlidirlər.

Belə bir nəticəyə gəlmək olar ki Gürcüstanda ilk növbədə yerli mətbuat orqanları artırılmalı və aktiv şəkildə ermənilərin əleyhinə fəaliyyət göstərməlidirlər. Cavaxetiyada əhalinin maarifləndirilməsi üçün dövlət tərəfindən televiziyada mütəmadi olaraq gürcü dili dərslərinə dair verilişlər təqdim olunmalıdır. Əhalinin tələbinə əsasən məktəblər ixtisaslı gürcü dili müəllimləri ilə təmin edilməlidir. Uşaqlara şüaraltı olaraq erməni ideologiyasının təlqin edilməməsinə görə gürcü əsilli uşaqlar üçün Axalkələkdə ayrıca uşaq bağçaları açılmalıdır. Gürcülərin sosial və maddi vəziyyəti yaxşılaşdırılmalıdır. Axalkələkdəki Rusiya hərbi bazasının qarşısının alınması üçün həll yolları axtarılmalıdır. Cavaxetiyada dayaq məqsədilə milli ziyalıların sayının artırılması üçün elmi - tədqiqat müəssisələri eləcə də ali və xüsusi təhsil ocaqları yaradılmalıdır. Cavaxetiyadakı rəhbər vəzifələrdə və yerli idarəçilikdə gürcülərin sayı ermənilərə nisbətən artırılmalıdır. Gürcüstanın kəndlərindəki dağınıq halda olan kilsələr bərpa olunmalıdır. Acarıstanda çarəsiz vəziyyətdə sığınacaqlarda yaşayan gürcülər və mühacirlər üçün yeni tikilmiş evlər istifadəyə verilməlidir. Kəndlərdə dağınıq vəziyyətdə olan məktəblər təmir olunmalıdır. Gürcüstanın vətəndaşları gürcü dilini bilməli və vətənin müdafiəsi üçün orduda xidmət etməlidirlər. İşçilərin mövcud həyat şəraitinin yaxşılaşdırılması üçün onların əmək haqları artırılmalı, işsizlər üçün isə yeni iş yerləri yaradılmalıdır. İstifadəsiz qalmış torpaqlar sakinlər tərəfindən becərilməlidir, kənd təsərrüfatı - taxılçılıq, bitkiçilik və heyvandarlıq kimi sahələr inkişaf etdirilməlidir. Cavaxetiyadakı sosial infrastruktura diqqət yetirilməli, xəstəxanlar eləcə də ticarət və məişət xidməti məntəqələri yaradılmalıdır. Ninotsmindada və Axalkələkdəki İrəvan dövlət universitetinin, gürcüləri alçaltmağa və Gürcüstanın tarixini saxtalaşdırmaqla bu əraziləri Ermənistanın adına çıxarmağa çalışan erməni professorlarının və alimlərinin təxribatçı fəaliyyətləri ifşa olunmalıdır.

Gürcüstanın Samtsxe-Cavaxetiyasının inteqrasiyası prosesi sürətləndirilir. Lakin Samtsxe-Cavaxetiyada qeyri-gürcü əhalisi, xüsusən ermənilər dövlət dili olan gürcü dilini öyrənmək istəmirlər. Əksinə erməni dilinə bölgədə ünsiyyət vasitəsi statusu verilməsini istəyirlər. Ona görə də Gürcü dilini dövlət dili kimi öyrənmək məqsədi ilə televiziya vasitəsilə mütəmadi olaraq gürcü dili dərsləri verilməlidir, gürcü dilinin öyrənilməsi üçün dövlət kursları təşkil edilməli və bu baxımdan xüsusi proqram hazırlanmalıdır. Məktəbi gürcü dilinin ixtisaslı müəllimləri ilə təmin etmək gürcü əhalisinin tələbləri sırasındadır. Qeyri-gürcü məktəblərində gürcü dilinin öyrənilməsi birinci sinifdən başlanmalıdır. Gürcü dilinin mənimsənilməsi yalnız gürcülərin maraqlarına daxil deyil, bütün Gürcüstanın qeyri-gürcü əhalisi də bu məsələdə maraqlıdır. Bu məqsədlə Axalkələkdə “beynəlmiləl tərbiyə almış” Xruşşovun təşəbbüsü ilə 50-ci illərin əvvəllərində ləğv edilmiş gürcü pedaqoji texnikumunu bərpa etmək lazımdır. Bu texnikumun məzunları təhsilini Tbilisi Dövlət Universitetinin Axalkələkdəki filialında davam etdirirlər. Bununla da region üçün gürcü dili müəllimlərinin hazırlanması problemi həll ediləcək. Məzunlar təhsilini Tbilisi Dövlət Universitetinin Axalkələk filialında da davam etdirə bilərlər.

Axalkələkdə gürcülərə məxsus uşaq bağçası yoxdur. Yalnız bir gürcü qrupu erməni uşaq bağçasına gedir ki nəticədə də onların erməniləşdirilməsi prosesi baş verir.

Gürcüstanın dövlət təhlükəsizliyi, o cümlədən xüsusi xidmət orqanları guya “xeyriyyə-təhsil fəaliyyəti” ilə ört-basdır edilmiş qeyri-hökumət təşkilatlarının hərəkətlərini diqqətlə izləməlidirlər. Xalqlararası əvvəllər mövcud olan çoxəsrlik mehriban qonşuluq münasibətləri və ənənələri qorunub saxlanılmalıdır və bərqərar olunmalıdır.

Daşnaklar Cavaxetiyada özlərini sərbəst hiss edirlər. “Cavaxetiya"nın üzvlərinin - xaricdəki zəngin erməni diasporu isə Cavaxetiyanın iqtisadi dirçəlişi üçün külli miqdarda pul ayırmağa hazırdır və onlar artıq Cavaxetiyada özünüidarəetmə hüququnun olmasını tələb edirlər. Ona görə də bir daha qeyd etmək lazımdır ki, Cavaxetiyada heç bir şey baş vermir, orada yalnız sosial problem hökm sürür. Təəssüf ki, real vəziyyət göstərir ki, erməni əhalisinin sosial və maddi şəraiti yerli gürcü əhalisindən xeyli yaxşıdır. Odur ki, erməni şovinist təşkilatları sosial problemlərlə uğurla maskalanırlar ki, bu da gələcəkdə Cavaxetiyada acınacaqlı nəticələrə səbəb ola bilər.

Ermənistanda, Ter-Petrosyanın prezidentliyi dövründə müxalif daşnak partiyası qadağan olunandan sonra bu partiyanın radikal əhval-ruhiyyəli liderləri Cavaxetiyada məskunlaşmışdılar ki burada da onlarla həmfikir2 olanlar meydana çıxdı. Qərblə sıx şəkildə təmasda olmaqlarına baxmayaraq, Ermənistan Zaqafqaziyada Rusiyanın “mövqelərinin qorunub saxlanılmasına” olduqca mühüm əhəmiyyət verir. Bəzi rəsmi şəxslərin guya Cavaxetiyada belə bir şeyin baş vermədiyini və “Cavaxk”ın yalnız sosial problemlərin həll olunmasını öz qarşısına məqsəd qoyduğunu bəyan etməsi həqiqətə uyğun deyildir. Bu, Amsterdam universitetinin aspirantları olan Yudit Xint və Kriz Siqalofun qarşısında çıxış edən “Cavaxk” liderlərinin bəyanatı ilə təsdiqlənir.

Cavaxetiyada gürcülərin əleyhinə yönəlmiş istiqamətin ayrı-ayrı qrupları Axalkələkdəki Rusiyanın hərbi bazasını özlərinə etibarlı dayaq hesab edirlər. Həmin bazada hərbi əməkdaşların böyük əksəriyyəti ermənilərdən ibarətdir. Rusiya-Gürcüstan münasibətlərinin kəskinləşməsi halında bu baza yeni qaynar nöqtənin mərkəzinə çevrilə bilər. Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edən Rusiyanın təcavüzkar siyasi kursundan irəli gələn Gürcüstanın milli maraqları rus silahlı və sülhməramlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edir. Gürcüstan, Axalkələkdə Rusiyanın hərbi bazasını ləğv etmək üçün bütün diplomatik və siyasi vasitələrdən istifadə etməlidir.

Ninotsminda və Axalkələkdə İrəvan Dövlət universitetinin və digər ali məktəblərin filialları açılmışdır. İrəvan universitetlərindən olan bəzi professorlar gürcülərin əleyhinə fəaliyyət göstərərək təxribatçılıqla məşğul olurlar. Məsələn, İrəvan universitetinin filialının müəllimi S. Eranusyan belə bir bəyan etmişdir: “Bir halda ki, Gürcüstanda milli məsələ həll olunmur, onda biz referendumun keçirilməsinə tərəfdarıq. Biz xalqdan soruşmaq istəyirik ki, onlar “Cavaxetada” bütöv bir Gürcüstan3 çərçivəsində inzibati-ərazi vahidi yaratmaq istəyirlərmi?” Cavaxetiyanın erməni əhalisi tərəfindən 1997-ci ilin may ayında referendum4 keçirmək üçün 10 min Amerika dolları toplanılmışdır.

Axalkələkdə Tbilisi universitetinin və digər dövlət ali məktəblərinin filiallarının (texniki, aqrar, tibb və s. universitetlər) açılması erməni əhalisinin gürcü dilini yaxşı mənimsəməsinə, regionun Gürcüstanla inteqrasiyasına kömək edəcəkdir. Bununla yanaşı, bu ali məktəblər yerli gürcü əhalisindən milli kadrların hazırlanması mərkəzlərinə çevrilə bilər.

Cavaxetiyanın ali və xüsusi təhsil ocaqları milli ziyalıların və yerli kadrların hazırlığının dayağı olmalıdır, çünki gələcəkdə onlar doğma diyarlarının idarəsini öz əllərinə alacaqlar.

Cavaxetiyada elmi - tədqiqat müəssisələri, ali və xüsusi təhsil ocaqları yaranmalıdır ki torpaq sahələrini daim istifadəyə versinlər. Cavaxetiyada əsas dayaq milli ziyalıların, yerli kadrların hazırlanmasıdır. Rəhbər vəzifələrdə (bölgə hakimi, polis rəisi, rayon təhlükəsizlik şöbəsinin rəisi, gömrük rəisi, rayon xəstəxanasının baş həkimi və s.) ermənilərlə bərabər gürcülər də işləməlidirlər. Sovet dövrünün rəhbər partiya eləcə də Sovet orqanlarına, birinci şəxslər olaraq ermənilərin təyin edildiyi həmin əsassız praktikanı dəf etmək lazımdır. Bu proses tədricən və ağrısız şəkildə həyata keçirilməlidir. Cavaxetiya ermənilərinin siyasi şüurunun dəyişməsi və Gürcüstana inteqrasiyası üçün bir neçə nəsil və uzun illər lazımdır.

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

Bütün xəbərlər Facebook səhifəmizdə