Ermənilərin Tbilisi şəhərinə iddiaları:

Tbilisinin merləri guya ermənilər olublar

Ermənilər Tbilisinin guya qədim erməni şəhəri olduğunu iddia edirlər. Yaşadıqları ölkələrdə separatizmlə məşğul olan, milli maraqları və xəstə "erməniçilik" ideyaları naminə saxtakarlıqdan, yalanlardan əl çəkməyən ermənilər qonşu Gürcüstanın paytaxtı Tbilisinin də qədim erməni şəhəri "Tpxi" olduğunu iddia edirlər. Hələ sovet dövründə B.S.Nalbandyanın 1961-ci ildə İrəvanda çap olunan "Tbilisi qədim və orta əsrlərin ədəbi mənbələrində" adlı saxta əsərində Tbilisini qədim erməni şəhəri kimi təqdim etmişdir. Ermənilər Tbilisiyə “Tpxi” deyirlər.Gürcüstanın "Saerto" qəzetində 2017-ci il dekabrın 7-də "Ermənilər Tbilisinin adını dəyişdirmək istəyirlər" adlı yazıda müəllif Georgi Qorqadze ermənilərin əsassız iddialarına qarşı Gürcüstan hökumət orqanlarının passivliyini aşağıdakı kimi kəskin tənqid etmişdir: "Biz unutmamalıyıq ki, hələ keçən əsrdə (XX əsr) ermənilər Gürcüstana qarşı müharibəyə başladılar. Lakin onda heç nə əldə edə bilmədilər. Ancaq ermənilər arzulayırlar ki, günlərin bir gözəl günündə, əlbəttə, başqalarının köməyilə onlar Tbilisini "qaytaracaq" və onu daha "yaxşı" erməni adı ilə "Tpxi" adlandıracaqlar."

Ermənilər Tbilisinin özləri tərəfindən tikildiyini və əksər şəhər merinin erməni olduğunu iddia edirlər. Halbuki ermənilər öz xislətlərinə uyğun olaraq bəzi rus soyadlarını saxtalaşdıraraq erməniləşdirmişlər. Məsələn, onlar qədim Tbilisinin merləri olan rus zadəgan nəslindən İzmayılovu İzmayılyans və İvanı Ovanes kimi təqdim edirlər.

Ermənilərin Tbilisiyə əsassız iddiaları gürcü-erməni qarşıdurmasına səbəb olmuşdur. Vətənpərvər gürcü ziyalıları ermənilərin bu cür əsassız iddialarını ifşa etmişlər. Buna görə də, Gürcüstanda XIX və XX əsrlərdə er-mənilər əleyhinə güclü hücumlara başlamışdılar. 1897-ci ildə Tiflisdə nəşr olunan "İveriya" qəzetində çap olunmuş və ermənilərə həsr olunmuş bir məqalədə bir çox ritorik suallar verilir: "Tiflis hansı əsasla erməni şəhəridir: coğrafi mövqeyinə görəmi, ərazi qanunlarına görəmi, yaxud hansı dövlət və beynəlxalq hüquqla? Ermənilər haradadır, Tiflis harada? Onların əlləri haradan haraya uzanır? Onların satın aldıqları evlər onlara məxsusdurmu, bunu hələ aydınlaşdırmaq lazımdır. Lakin Tiflis Gürcüstan ərazisində yerləşir. Burada ermənilərə heç nə məxsus deyildir." İlya Çavçavadze və Akaki Sereteli kimi görkəmli gürcü ziyalıları erməniləri bütün xəyanətlərinə görə ittiham etmişlər.

2017-ci il mayın 29-da erməni Vigen Avetisyanın “Maraqlı tarix” seriyasından nəşr etdirdiyi erməni fondunun eksperti “Noravank” jurnalında Gürcüstan Milli Kitabxanasının fondlar üzrə direktor müavini erməni əsil-li tarixçi Levan Taktakaşvilinin “Tbiliselebi” (“Tbilislilər”) jurnalının 31-ci sayında “Ermənilər Tbilisini necə inşa etdilər?” başlıqlı müsahibəsi olduğu kimi nəşr etdilmişdir.

Məlum olduğu kimi, Tiflis şəhərinin idarəçiliyini bir vaxtlar şəhər başçısı və ya murovlar yerinə yetirmişlər. Rusiya Gürcüstanı XIX əsrdə işğal etdikdən, Tiflis quberniyası yaradıldıqdan sonra seçilmiş şəhər şurası mövcud olmuşdur. Bu şəhər administrasiyası da öz növbəsində şəhər merini seçirdi. Levan Taktakaşvilinin saxta informasiyasına görə, “öz şəhərinə əksəriyyəti etnik ermənilər olan şəhər merləri qədər sədaqətlə xidmət edən olmamışdı.” Müsahibədə deyilir: “Birinci Tiflis şəhər başçısı İzmerov 1876-cı ildə seçilmişdir. Həmin il yeganə gürcü olan Dmitri Kipiani şəhər meri olmuşdur.” 1905-1910-cu ildə Levan Taktakaşvili Tbilisi merləri arasında Vasili Çerkezovun (Çerkezeşvili) adını xüsusi çəkir. “O, o qədər yaxşı şəhər başçısı olmuşdur ki, onun adı tarixə düşmüşdür. Hətta Tiflisdə onun adına küçə salınmışdır. Soyadlarının sonu bizi yanıltmasın çünki o zamanlar bütün əhalinin etnik mənşələrindən asılı olmayaraq soyadlarının sonu “ov”la bitirdi.

“Nə üçün Tbilisi şəhərinin əksər şəhər başçıları ermənilər olmuşdur?” sualına saxtakar tarixçi belə cavab verir: “Bu fakt heç kəsi təəccübləndirməsin. O vaxtlar Tbilisi şəhərinin əhalisinin əksəriyyəti ermənilərdən ibarət idi. Ticarət on-ların əllərində idi, şəhər torpağı onlara məxsus idi. Bu torpaqlarda tikilən bütün evlər ermənilərə mənsub idi. O vaxtlar vəzifəli şəxslər və xırda tacirlər arasında çox az sayda meqrellər və imeretlilərə təsadüf etmək olardı, ticarətin əsas hissəsi ermənilərin əlində idi.” Cənubi Qafqaza o cümlədən Gürcüstana və Tiflisə XIX əsrdə məqsədyönlü köçürülən ermənilər artıq bu bölgələri “özününkü” hesab edirlər. O vaxtlar şəhər deputatı olmaq istəyənləri üç dərəcəyə mənsub təbəqələr (xmosnebilər) arasından seçirdilər. Deputatlar əmlakı olanlar, əmlaka, mülkə görə vergi ödəyənlər arasından seçilirdi. Yalnız yəhudilər səs hüququna malik deyildilər. Şəhər idarəsində gürcülər və ruslar azlıq təşkil edirdilər. “Tbilisinin varlı təbəqələri-xmosnebilərin əksəriyyəti ermənilər idi, ona görə də onlar ermənini şəhər başçısı görmək istəyirdilər. Birinci dərəcəli xmosnebilər dar burjua maraqlarını güdür, ikinci və üçüncü dərəcəli xmosnebilərdən fərqli olaraq milli maraqlara az diqqət yetirirdilər. Birinci dərəcəli xmosnebilər Avropa yönümlü idilər, onlar Tiflisi Avropa şəhəri kimi görmək istəyir-dilər.”

L.Taktakaşvili varlı erməniləri erməni milli maraqlarını qorumadıqlarına, millətçilik, erməniçilik təbliğ edən erməni qəzetlərinə, erməni məktəblərinə investisiya qoymadıqlarına görə tənqid edir, onları kosmopolitizmdə-avropalaşmaqda ittiham edir. O, yalnız ikinci, üçüncü dərəcəli xmosneb erməniləri “şovinizminə” görə alqışlayır, onların erməni milli maraqlarına xidmət etdiklərini Tbilisidə erməni maarifçiliyinin inkişaf etdirilməsi erməni qəzetlərinin nəşrinə və erməni məktəblərinə yardım etdiklərini, bu işdə onları Qriqoryan kilsəsinin dəstəklədiyini göstərir.

Birinci dərəcəli varlı ermənilərin Tiflisdə Avropa tipli evlər tikdirdiklərini, şəhəri təmizlədiklərini iddia edən erməni tarixçisi öz doğma şəhərinin meri seçilmiş (1876-1879-cu illər) Dmitri Kipianini gürcü millətçiliyi mövqeyində durduğuna görə “ittiham edir”. Halbuki D.Kipiani gürcülər arasında qiraət və yazının yayılması üçün cəmiyyət yaratmışdı. Guya erməni merləri xüsusən “gizli şəkildə erməni məsələsini müdafiə edən Matişov və biznesmen Pitoyev

Tiflisdə Vera bazarını, şəhərin su kanalını, şəhərin indiki meriyasının binasını tikdirmiş, təhsili inkişaf etdirmiş, indiki Rustaveli teatrının binasını tikdirmiş, teatr və opara teatrını təşkil etmişdilər.

-Bu zaman gürcülər nə edirdilər? Onlar Tbilisidə “erməni şəhəri”nin necə tikildiyini sadəcə seyr edirdilər mi?-sualına saxtakar tarixçi ermənisayağı cavab verir: “Yalnız köhnə Tiflisin Ançisxatiyə bitişik əraziləri gürcülərə, xüsusən Orbelianilərə məxsus idi. Onlar vaxtlarını yaxşı keçirirdilər. Qriqor Orbeliani ermənilərə qarşı mübarizə aparırdı. Gürcülər artıq Tiflisi itirməyə alışırdılar. Hərçənd ki, 1921-ci ildə biz həqiqətən Tiflisi qaytardıq, o yenidən gürcü şəhəri oldu.”[5]

“– Hansı dövrlərdə Tiflis gürcü şəhəri olmuşdur?”- Sualına erməni tarixçisi əsl erməni xislətilə cavab verir: “1840-cı ildən 1917-1918-ci illərə qədər, hətta Gürcüstan müstəqil dövlət olanda da Tiflis erməni şəhəri olaraq qalırdı. Ən mühümü odur ki, gürcülər erməniləri oradan qovmadılar, onlar özləri öz pullarını qorumaq üçün oradan qaçdılar. Öz aramızdır onlar pulları Yerevana (İrəvana) deyil, Parisə, Avropaya apardılar.Bütün varlı ermənilər Avropaya köçdülər.

– Bəs ermənilər niyə Yerevanı (İrəvanı) Avropa şəhərinə çevirmirdilər? – sualına L.Taktakaşvili belə cavab verir: “Yerevan qalası əyalət şəhəri idi. Orada bir dənə də olsun gözəl, yaxşı bina yox idi. Həm də ermənilər Yerevanda əhalinin əksəriyyətini təşkil etmirdi, orada müxtəlif millətlərdən olan insanlar yaşayırdılar.”

Buradan bir həqiqət üzə çıxır ki, ermənilər İrəvana erməni şəhəri kimi baxmırdılar. Bu həqiqətən də belə idi. XIX əsrdə İrəvan Azərbaycanın ən qədim şəhərlərindən biri idi. İkincisi, erməni tarixçisi milli, gözəl Şərq üs-lubunda tikilmiş İrəvandakı binaları “görmək istəməmişdir.” Üçüncüsü, İrəvanda “müxtəlif millətlərdən olan insanlar” deyil, məhz avtoxton azərbaycanlılar yaşayır və onlar ermənilərdən çox idilər.

Erməni tarixçisi bilmədən bir həqiqəti də etiraf edir ki, ermənilər Tiflisə “Ermənistan”dan 1801-ci ildə gəlmişlər. Onların Tiflisə XIX əsrin əvvəllərindən gəlməsi həqiqətdir. Ancaq hansı “Ermənistandan” gəlməsi isə yalandır. Çünki XIX əsrdə “Ermənistan” adlı yer yox idi. Ermənistan tarixdə ilk dəfə yalnız 1918-ci ildə Azərbaycanın İrəvan xanlığı və Qərbi Azərbaycan ərazisində yaradılmış ilk erməni dövlətidir.

L.Taktakaşvili yazır ki, ermənilərin səhvləri ondadır ki, onlar iki hissəyə - erməniləri dəstəkləyən millətçilərə və yüksək dərəcəli avropalaşmaq haqqında düşünən ermənilərə bölünmüşdülər. “Ermənilər birləşə bil-mirdilər, kim hara gəldi qaçırdı.” Tarixçi şəhər başçılarının erməni soyadı daşımalarının onların erməni yönümlü olmasını göstərmədiyini qeyd edir. O, bəzi erməni şəhər başçılarının şəhər üçün dəhşətli fəaliyyətindən də bəhs edir.”Onlar gürcüləri hər cür təhqir edirdilər. Onları ikinci, üçüncü kateqoriyalı təbəqələr seçmişdi. Onu da qeyd etmək lazımdır ki, gürcülər ruslarla birlikdə ermənilərə qarşı çıxış etdilər. Gürcülər bilirdilər ki, onlar yalnız ruslarla birlikdə ermənilərin öhdəsindən gələ bilərlər. Onlar ikinci və üçüncü kateqoriyalı təbəqələrə qarşı çıxış edirdilər, çünki birinci kateqoriyalı təbəqələr nə gürcü, nə də erməni problemləri ilə maraqlanırdılar”. Ancaq müəllif qəsdən varlı təbəqələrin erməni məsələsinə “laqeydliyini” pərdələyir. Çünki istər aşağı təbəqə, istərsə də varlı təbəqə, istər kommunist, sosial-demokrat, daşnak, faşist, ziyalı, kəndli erməni bir məsələdə-erməni milli ideyası, ermənilik ətrafında sıx birləşir. Onun həyata keçməsi üçün səylərini, var-dövlətlərini əsirgəmirlər.

Müəllif erməni varlı təbəqələrinin pulu Tiflisdə deyil, Bakı neftindən əldə etdiklərini, aşağı təbəqələrin gürcü zadəganları ilə yaxınlıq etməyə cəhd etdiklərini, hətta Gürcüstanın ən varlı adamlarından, aristokrat nəslindən olan Qriqol Orbelianın dəfninə şəhər idarəsinin bir dənə də olsun çələng qoymadığını, bir nəfər də erməni varlısının iştirak etmədiyini göstərir və bunu belə əsaslandırır: “Tbilisi onlar (ermənilər) üçün erməni şəhəri idi, hətta gürcülər şəhəri gürcü şəhəri adlandıranda ermənilər gülürdülər. Öz aramızdır Funiklyor da erməni pulu ilə tikilmişdir.” Bu isə əsl erməni həyasızlığıdır. Erməni tarixçi Tbilisidə indiki Marcanaşvili adına teatr binasını da Zubalaşvili adlı bir erməninin öz evi kimi tikdirdiyini, sovetləşmə zamanı o, Tiflisdən qaçarkən gürcülər tərəfindən evinin tar-mar edil-diyini, öz əmlakının Fransa muzeylərindən birinə verdiyini qeyd etdikdən sonra fikrini belə tamamlayır: “Bizim qələbəmiz onda idi ki, erməni varlıları üçün sovet idarəçiliyi qəbuledilməz idi və öz pullarını xilas etmək üçün xaricə qaçırdılar. Ruslar isə onların yerinə dağlarda yaşayan gürcüləri yerləşdirirdilər. Göründüyü kimi, tale bizə gülmədi və Tbilisi yenidən gürcü şəhəri oldu. Lakin bu şəhər üçün kifayət qədər işlər görmüş insanları unutmaq olmaz.” Saxtakar tədqiqatçı Tbilisinin “yenidən gürcü şəhəri” olmasını ermənilər üçün taleyin ən ağır oyunu olduğunu bildirir.

1918-ci il dekabrın 9-da ingilislərə arxalanan Ermənistan ərazi iddiaları irəli sürərək Gürcüstana müharibə elan etdi. Erməni cəlladı, quldur və terrorçusu, Daşnak Ermənistanın general rütbəsi verdiyi Dro-Drastamat Kanayan dekabrın 14-də Axalkələki (Axalkalaki), dekabrın 20-də Şulaveri, dekabrın 25-də Tiflisi işğal etdi. İnglislərin köməyi ilə tərəflər arasında 1918-ci il dekabrın 31-də barışıq yarandı, Tiflis ermənilərdən xilas oldu. Bundan sonra Gürcüstanda ermənilər əleyhinə düşmənçilik gücləndi. Erməni “tarixçiləri” iddia edirlər ki, guya erməni əhalisi Tiflisdən qovuldu, Gürcüstan Erməni Şurası üzvləri, Daşnaksütyun Partiyasının liderlərindən ibarət Gürcüstan Parlamentinin üzvləri həbs edildi, bütün erməni milislərinin silahları alındı və işdən azad edildilər. Tiflisin ermənilərdən təmizlənməsinin birinci mərhələsinə başlandı, iclaslarda erməni dilində çıxış etmək qadağan edildi. İosif Stalin və Lavrenti Beriya Tiflisin ermənilərdən təmizlənməsini gücləndirərək 1936-cı ildən Tiflisi Tbilisi adlandırmağa başladı. Sovet dövründə məhz bolşevizmin dəstəyi ilə qonşu respublikalar hesabına Ermənistana ərazilər bağışlanmasını unudan L.Taktakaşviliyə görə, 1949-cu ildə Tbilisi məkrli antisovet elementlər kimi ermənilərdən ikinci dəfə təmizlənmişdi. Gürcü elitasını ən çox qıcıqlandıran Gürcüstanda yaşayan erməni əsilli tarixçi Levan Taktakişvilinin saxtakarlıqla Tiflisin ermənilər tərəfindən və ermənilərin vəsaitilə tikilməsi iddiasını irəli sürməsidir.

Əslində ermənilər 200 il əvvəl rus generalı Paskeviç tərəfindən Gürcüstana və Tiflisə köçürülmüşlər. Gürcüstan tarixşünaslığında isə haqlı olaraq ermənilərin 200 il əvvəl rus generalı Paskeviç tərəfindən Gürcüstana və Tiflisə köçürüldüyü yazılır.

Əslində S.Karapetyanın tədqiq etdiyi dövrdə XII-XIII əsrlərdə merlər “canişin”, “əmir” adlanırdı. Hətta XVII-XVIII əsrlərdə şəhəri “məliklər” deyil gürcülərin mamasaxlisi (მამასახლის) adlandırdıqları şəhər başçıları idarə edirdilər. Erməni tarixçisi Leo əslində ermənilərin Tiflisə 300 il əvvəl köçdüyünü, onlara böyük güzəştlər verildiyini göstərir. “1714-cü ildən Gürcüstan çarları bizim əcdadlarımıza məlik, mamasaxlis və nasval rütbələri verdilər: Gürcüstana müxtəlif dövrlərdə Türkiyə və İran dövlətləri hücum etdikdə belə onlar öz rütbələrindən məhrum edilmədi; öz zəhmətlərinə, igidliklərinə, sədaqətli xidmətlərinə görə, onlar həmin dövlətlərdən də ali rütbələr əldə etdilər, bunları Türkiyə sultanlarının, İran şahlarının və Gürcüstan çarlarının qramotaları da təsdiq edir.

Əslində erməni məlikləri rütbələrini “zəhmətlərinə”, “igidliklərinə” görə deyil, yaltaqlıqlarına, ikiüzlülüklərinə, satqınlıqlarına görə alırdılar.

Məliklər gürcü çarlarının himayəsi altında idilər. Erməni tarixçilərinin fikrincə onlara gürcü aristokratlarına bərabər güzəştlər verilirdi. “Ermənilər və ya ümumiyyətlə mokalaklara böyük güzəştlər edilmişdi. Gürcü çarları onlara hər cür yardım edirdilər. Hətta mokalaklara cinayət əməllərinə görə digər sadə təbəqələr kimi ölüm cəzası tətbiq edilmir, onlar yalnız pul cəriməsi ödəyirdilər. Gürcü çarı Vaxtanqın qanunlarına uyğun olaraq mokalakların və gürcü aristokratların həyatları eyni, bərabər dəyərli hesab olunurdu.

Gürcüstanın İran şahına arbar adlandırılan qızlardan və gənc oğlanlardan ibarət xüsusi vergi ödədiyi o ağır zamanlarda guya ermənilər bu vergidən azad idi və onlar bunun əvəzində pul ödəyirlərmiş. Ermənilər çara müəyyən qədər xərac (maxta) ödəyirlərmiş ki, dövlət vəzifəsi əldə etsinlər. Guya onlara bir neçə vəzifə tutmaq hüququ verilirmiş.

S.Karapetyan yalandan XIX əsrdə Tiflisdə həkim və mer vəzifəsi tutmuş guya “əsilzadə” və köklü vətəndaşların mokalakların (birinci dərəcəli əyanların) siyahısını verir ki, bunların hamısı guya ermənilərdir.

Şəhər başçısı olan erməni məlikləri guya Tiflisin beş qapısının açarına sahib idilər. Əsassız və uydurma erməni mənbələrinə (“Tiflis haqqında rəvayət”-erməni dilində) əsaslanan S.Karapetyan cənubda qapının birinin “Gəncə qapısı” adlandığını, şərqdə Yerevan (əslində İrəvan) qapısı adlandığını sübut etməyə cəhd edir. Tiflisdə belə çıxır ki, ancaq erməni kilsələri (məsələn, Çıramen kilsəsi), erməni evləri (məsələn, Ter Asaturovun, Aftandil Kukucanyanın evləri) olmuşdur. Beşinci qapını isə o “Avlabar qapısı” adlandırır. Guya Tiflisin bütün məlikləri erməni olmuşdur. S.Karapetyan bunu Tiflis əhalisinin əksəriyyətinin erməni olması və Gürcüstanın ali dövlət hakimiyyətinin ermənilərlə hesablaşması və buna görə də Tiflisin şəhər başçısı kimi ancaq erməniləri təyin etdiyini sayıqlayır. Hətta öz yalanlarına aludə olan S.Karapetyan yazır ki, dəqiq məlumatlar olmasa da ancaq ehtimal var ki, “Məlik Bayandur bu vəzifəni (Tiflis meri) Şah Abbasdan almışdır”.

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru. dosent

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...