Gələcəkdə COVID-19 pasportundan istifadə edilə bilər

"Daxili uçuşlar xüsusilə Gəncə və Lənkəran şəhərləri üzrə iyun ayının 8-dən sonra bərpası nəzərdə tutulur". SİA xəbər verir ki, bunu mətbuat konfransında TƏBİB-in sədri Ramin Bayramlı deyib.

R.Bayramlı qeyd edib ki, sərhədlərin 15 iyun tarixinə qədər bağlı olduğunu nəzərə alaraq, həm daxili, həm də beynəlxalq uçuşlar pərpa olunduqda belə reyslərin sayında azalma ola bilər: "Təyyarələrdə sərnişinlərin sayı da məhdudlaşdırılacaq. Bu sosial məsafənin saxlanılması cəhətdən vacibdir. Eyni zamanda dövlətlərarası uçuşlarla bağlı müəyyən qaydalar müzakirə edilir və tətbiq edilir. Beynəlxalq təcrübədə artıq COVID-19 pasportunun təqdim edilməsi tətbiq edilir. Bu pasportda virusla bağlı neqativ nəticə və COVID-19-la bağlı sağlamlıq haqqında xüsusi arayış olmalıdır. Yoluxma halı müayinədən sonra qeydə alına bilərmi bu da araşdırılır. Gələcəkdə COVID-19 pasportuna müraciət ediləcəkmi bu da müzakirə edilir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə