Əcnəbilər seçkilərdən razı qalıb

"Seçki prosesi yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə, sülh şəraitində və ədalət prinsipləri çərçivəsində baş tutub". SİA-nın verdiyi məlumata görə, İslam Ölkələri Əməkdaşlıq Təşkilatının müşahidə və monitorinq qrupunun üzvləri Azərbaycanda seçkiləri izləyəndən sonra bu qənaətə gəliblər.

"Biz seçki günü bir çox məntəqələrdə müşahidələr apardıq. Seçkilər deyilən vaxtda başladı. MSK seçkiləri yüksək səviyyədə təşkil etmişdi. Seçkidən əvvəl seçki qutuları möhürlənib, bütün səsvermə vərəqələri anlaşıqlı idi".

Seçicilər dəstəklədikləri namizədə heç bir maneə olmadan səs verə bilirdilər. Müxtəlif partiya nümayəndələri prosesi şəffaf və maneəsiz izləyirdi. Hətta biz çoxsaylı beynəlxalq müşahidəçilərlə seçki barədə qarşılıqlı fikir mübadilələri də apardıq".

Ümumilikdə seçki prosesi yerli və beynəlxalq müşahidə şəraitində sülh və ədalət çərçivəsində baş tutub.

Tofiq Rəfailoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə