Azərbaycanın XİN rəhbəri Rumıniyanın prezidenti ilə görüşüb FOTO
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində prezident Trayan Basesku ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Elmar Məmmədyarov Azərbaycan prezidenti İham Əliyevin salamlarını Rumıniya prezidentinə çatdırıb.
Görüş əsnasında iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, enerji, iqtisadiyyat, sərmayələrin qoyuluşu və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə