İyun ayında 195-2 Telefon Məlumat Mərkəzinə 400-ə yaxın müraciət daxil olub

İyun ayında İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ümumiyyətlə, iyun ayında 195-2 Telefon Məlumat Mərkəzinə 400-ə yaxın, indiyədək isə 25600-dən çox müraciət daxil olub.

Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Qeyd edək ki, 195-2 Telefon Məlumat Mərkəzi İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların Nazirliyə gəlmədən operativ və ətraflı cavablandırılması məqsədilə yaradılıb. Ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...