AQUPDK 2014-cü ilin I yarısı üçün fəaliyyət planını açıqladı

"Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi 2014-cü ilin I yarısı üçün fəaliyyət planını təqdim edib". SİA-nın məlumatına görə, bu barədə məlumat verən komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, gələn il komitə tərəfindən bir çox maarifləndirici tədbirlər, dəyimi masa və konfransların keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, tədbirlərin əsasını ailə siyasəti təşkil edəcək: "Gələn il həmçinin ailə məsələləri, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır. Komitənin önəm verdiyi mövzulardan olan reproduktiv sağlamlıq məsələsidir ki, 2014-cü ildə də hu istiqamətdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Gələn il Komitə məişət zorakılığı ilə bağlı rayon icra hakimiyyətləri ilə birgə tədbirlər keçirməyi planlaşdırır".

Komtənin sədr müavini vurğulayıb ki, 2014- ilin I yarısında qurum tərəfindən həmçinin uşaq hüquqlarının qorunması istiqamətində maariflındirici tədbir və konfransların keçirilməsi nəzərdə tutulur: "Gələn il qadın və uşaqların saxlandığı cəza müəssisələrində problemlərlə bağlı tədbirlər keçirilməsi planlaşdırılır. Bundan əlavə, 2014-cü ilin ilk yarısında III Ümumrespublika Uşaq konfransı keçiriləcək. Bildiyiniz kimi, komitə dövlət qurumları ilə sıx əməkdaşlıq edir və onlarla birgə tədbirlər həyata keçirir. Bu fəaliyyət gələn il də davam edəcək. Belə ki, AQUPDK gələn il Daxili İşlər Nazirliyi, Əhalinin Sosial Müdafisi Nazirliyi ilə birgə bir çox mövzularda tədbirlər keçirməyi planlaşdırır".

S.Qəhrəmanova həmçinin bildirib ki, komitə gender bərabərliyinin təmin edilməsi ilə bağlı layihə hazırlayır ki, bununla bağlı da tədbirlərin keçirilməsi nəzərdə tutulur: "Gələn il həmçinin 14-15 aprel tarixində Qadın Sahibkralığı ilə bağlı konfransın keçirilməsi planlaşdırılır. Regional Mərkəzərin fəaliyyəti, informasiya və sosial araşdırma istiqamətində tədbirlər həyata keçiriləcək. Gələn il həmçinin "Açıq Qapı" adlı beynəlxalq forum keçiriləcək. 2014-cü ildə komitə beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı bir sıra ölkələrə səfər etməyi planlaşdırır".

Bütün xəbərlər Facebook səhifəmizdə