Sadiq abunəçilər üçün “Bakcell”dən “Ulduzum” proqramı

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərinin sadiqliyini yüksək dəyərləndirir və onlara "Ulduzum" adlı yeni loyallıq proqramını təqdim edir.

Bu proqram çərçivəsində Bakcell bütün abunəçilərinə müxtəlif sahələrdə bir çox imtiyazlar və dəyərli xidmətlər təklif edir. "Ulduzum"a qoşulan hər kəs seçilmiş restoranlarda, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazalarında, sağlamlıq, idman və istirahət mərkəzlərində və bir sıra xidmət məntəqələrində endirimlər əldə edə bilər.

Proqrama üzv olmaq asan və pulsuzdur.

"1" yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaqla abunəçi "Ulduzum"a üzv ola bilər.

Proqrama qoşulan abunəçilər iki kateqoriyaya bölünür: "Ulduzum" və "Ulduzum Premium" üzvləri.

Aşağıdakı meyarlara uyğun olan abunəçilər avtomatik olaraq "Ulduzum Premium" kateqoriyasına aid edilirlər:

* 5 ildən çox Bakcell-in abunəçisi olan şəxslər;

* Əvvəlki ayda balansına 15 AZN yükləmiş abunəçilər;

* Gold və Klass XXL tarifində olan bütün abunəçilər.

Bütün digər abunəçilər isə "Ulduzum" kateqoriyasına aid ediləcəklər.

İstifadə qaydaları:

* "1" yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərməklə abunəçi proqrama qoşulur;

* "*" yazıb 5555 qısa nömrəsinə SMS göndərməklə abunəçi 4 rəqəmli şifrə alır. SMS-in qiyməti 0.03 AZN;

* Abunəçi aldığı Kodu Ulduzum partnyor şəbəkəsində təqdim etməklə endirimlərdən faydalanır.

Əlavə məlumat:

* "STATUS" yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollamaqla abunəçi "Ulduzum" proqramında hansı kateqoriyaya aid olduğunu təyin edə bilər.

* "INFO" yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollamaqla abunəçi Ulduzum" proqramı haqqında ətraflı məlumat əldə edə bilər.

* Gün ərzində 10 dəfə şifrə əldə etmək olar. Hər bir şifrənin etibarlılıq müddəti 24 saatdır.

* "Ulduzum" proqramından çıxmaq üçün "STOP" sözünü yazaraq 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək lazımdır.

www.ulduzum.az saytında Ulduzum proqramının partnyorlarının siyahısı, onların təklif etdiyi endirimlər və daha ətraflı məlumatı əldə etmək olar.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell"in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...