Bu gün Beynəlxalq Uşaq Hüquqları Konvensiyası Günüdür

Bu gün Beynəlxalq Uşaq Hüquqları Konvensiyası Günüdür. SİA-nın xəbərinə görə, Uşaq Hüquqları Konvensiyası qəbul edilənə qədər bir sıra vacib mərhələlərdən keçib. Belə ki, hüquq qanunları səviyyəsində ilk sənəd 1948-ci ildə BMT İnsan hüquqları Universal Bəyannaməsinin qəbul edilməsi olub. Qeyd etmək lazımdır ki, bu sənəd uşaq hüquqlarını da özündə əks etdirmişdi. Lakin tezliklə beynəlxalq aləm uşaqların xüsusi ehtiyaclarının ayrıca qeyd edilməsi barədə yekdil bir fikrə gəlib.

Bundan sonra 1959-cu ildə BMT Uşaq hüquqları Bəyannaməsini qəbul edib. Sənəd 10 hüquqdan ibarət olmuş və onu imzalamış ölkələrdə qanunvericiliyə təsir göstərməyib. 1978-ci ildə Polşa hökuməti tərəfindən BMT-nin İnsan hüquqları Komissiyasına uşaq hüquqları haqda konvensiya təqdim olunub. 1979-cu ildə Beynəlxalq Uşaq Günü zamanı Komissiya işçi yaradıb. Bundan sonrakı 10 il ərzində uzun sürən ağır danışıqlar, diskussiyalar davam edib.

Nəhayət 20 Noyabr 1989-cu ildə Uşaq Hüquqları Konvensiyası BMT-nin Baş Məclisinə təqdim edilib və qəbul olunub. Konvensiya 1990-cı ildə 20 dövlətin ratifikasiyasından sonra qüvvəyə minib. Qəbul olunduqdan sonra Konvensiya artıq 191 ölkə – yəni BMT-nin tərkibində olan ABŞ və Somali istisna olmaqla bütün ölkələr tərəfindən ratifikasiya olunub.

Konvensiyanın prinsip və standartları bütün ölkələr tərəfindən tanınıb və universal olaraq qəbul edilib. Lakin sənədin formal ratifikasiyası ilə onun effektiv tərzdə həyata keçirilməsi və istifadəsi arasında böyük vaxt çərçivəsi var. Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar bütün öhdəliklər ilk növbədə hər bir dövlətin üzərinə düşür. Təəssüflər olsun ki, çox az ölkələr bu öhdəlikləri doğrudan da ciddi qəbul ediblər. QHT-lər bütün ölkələrdə dövlət tərəfindən uşaq hüquqlarının qorunmasına, qəbul edilmiş öhdəlikləri yerinə yetirməyə çağıran və bu proseslərə təkan verici rol oynayırlar.

Konvensiyanı ratifikasiya edən dövlətlərin uşaq hüquqlarının təbliği və qorunması sahəsində apardıqları işləri və proqresi izləmək məqsədi ilə, Uşaq hüquqları konvensiyasının 43-cü maddəsinə görə Uşaq hüquqları Komitəsi yaradılıb.

Bir çox ölkələrdə QHT-lər uşaq hüquqlarının qorunması sahəsində artıq bir çox işlər görüb və görməkdə davam edirlər.

Bundan əlavə, qeyd etmək lazımdır ki, artıq bir çox ölkələrdə insan və o, cümlədən, uşaq hüquqlarının tədrisi müəllimlərlə yanaşı QHT-lər tərəfindən də müvəffəqiyyətlə həyata keçirilir. Ümidvarıq ki, bu vəsait həm QHT-lər, həm də orta və ali təhsil məktəblərinin müəllimləri üçün faydalı olacaq

Bütün xəbərlər Facebook səhifəmizdə